Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyana görə Azərbaycan üçtərəfli bəyanatı yanlış şərh edir... - Ermənistan liderinin beynəlxalq qanunlardan xəbəri varmı?..

Heç bir ölkə tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmayan və təbii olaraq beynəlxalq qanunlara görə Yeravan üçün də qanundan kənar olan Qarabağ separatşılarının silahlı qruplaşması hansı əsaslarla Paşinyan üçün qanuni silahlı birləşmə olur?..

Hərbi ekspert: “Son günlərdə biz Xocalı rayonundan ərazisində baş verən proseslərdən görürük ki, Ermənistan tərəfi hələ də Vətən müharibəsi və ondan sonrakı baş verən “dəmir yumruq” zərbələrindən doğru-dürüst nəticə çıxara bilməyib”.

Azərbaycan ərazilərindən ermənilərin silahlandırılması və bu prosesin rus sülhməramlılarının gözü önündə baş verməsi, Azərbaycanı daha adekvat tədbirlər görməyə vadar edə bilər”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiy Ermənistanın baş naziri Nikol Paşinyanın hökümətinin iclasında Qarabağla bağlı dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Ermənistan hökümətinin iclasında baş nazir Nikol Paşinyan bildirib ki, Azərbaycan üçtərəfli bəyanatı yanlış şərh edir. Ona görə üçtərəfli bəyanatda “Qarabağ ordusunun” tərksilah edilməsi ilə bağlı heç bir müddəa yoxdur. Halbuki, Paşinyanın özünün imzaladığı sənədin 4-cü bəndində açıq şəkildə yazılıb ki, sülhməramlılar erməni silahlılarının çıxarılması ilə paralel olaraq ərazidə yerləşir.

Paşinyanın fikrincə erməni silahlılarının Qarabağdan çıxarılması, həm də erməni əhalinin çıxması deməkdir və bu iddiasında da Paşinyan beynəlxalq və Azərbaycan qanunlarının tələblərini görmək istəmir. Çünki istər beynəlxalq qanunlara görə, istərsə də Azərbaycan qanunlarına görə istənilən bir ölkənin gərhədləri içində həmin ölkənin qnunvericiliyi ilə fəaliyyət göstərməyən və həmin ölkənin qurumlarına tabe olmayan istənilən silahlı dəstə, birləşmə, ya da şəxs qanundan kənatdır və hər bir ölkənin bu qanunsuz silahlıları məhv eləməsi qanunauyğundur. Heç bir ölkə tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmayan və təbii olaraq beynəlxalq qanunlara görə Yeravan üçün də, qanundan kənar olan Qarabağ separatşılarının silahlı qruplaşması hansı əsaslarla Paşinyan üçün qanuni silahlı birləşmə olur?

Digər tərəfdən isə, ermənilərin Qrabağda qalıb-qalmamsını yenə də, elə həmin ermənilər özləri müəyənləşdirirlər. Ya Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edib bu ölkədə yaşayacaqlar, ya da Azərbaycan sərhədlərindən kənara çıxacaqlar. Bu həm Azərbaycanın, həm də beynəlxalq qanunların tələbidir. Bu tələblərə uymamaq isə Azərbaycanı həmin ərazilərdə antiterror əməliyyatları keçirməyə vadar edir və Azərbaycan hakimiyyət qurumları bununla vəzifəlidirlər. Azərbaycan öz ərazisində hansısa etnik qrupa bu şəkildə istisna tanıya bilməz və bu mümkün deyil.

Bəs 44 günlük müharibədən sonra biz nəyi müşahidə edirik? Ermənistan rəhbərliyi Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan ərazisində qanunsuz silahlı dəstələri qorumağa çalışır və buna hüquqi don vermək üçün dəridən-qabıqdan çıxırlar. Bununla yanaşı ermnənilərin sülhməramlıların gözü qarşısında silahlanması baş verir və bununla bağlı elə dünən videogörüntülər də yayılıb. Halbuki Rusiya sülməramlıları həmin silahlı dəstələri tərksilah edərək Azərbaycan sərhədlərindən kənara çıxarmaqla vəzifəlidirlər.

Aradan il yarım keçməsinə baxmayaraq üçtərəfli bəyanatın 4-cü bəndi reallaşmayıb və hətta Ermənistandan belə çağrışçılar Qarabağa gətirilir. Bu durumda Ermənistanın, Rusiya sülhməramlıların sərgilədiyi mövqeyi necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiy ilə müzakirə edib.

Ədalət Verdiy: “Əgər erməni silahlılarının ən yaxın müddətdə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən çıxarılması baş verməzsə, Azərbaycan ordusu bu prosesləri öz imkanları ilə həyata keçirməli olacaq”.

Biz 44 günlük müharibədə 5 dövlətin birgə qəbul etdiyi BMT-nin 4 qətnaməsini icra etmişiksə, üçtərəfli birgə bəyanatın şərtlərindən irəli gələn tələbləri, o cümlədən erməni silahlılarının ərazidən çıxarılmasını da təkbaşına edə biləcəyimizi vurğulayan ekspert PİA.az-a bildirib ki, buna kimsənin şübhəsi olmamalıdır:

Ermənistan tərəfi Azərbaycan tərəfinin təkliflərini davamlı olaraq ya təhrif edir, ya da bu təklifləri müxtəlif konfiqurasiyada əlavələr etməklə yeni və 90-cı illərdə mövcud olan vəziyyətə qayıtmaq üçün müəyyən fəaliyyətlər həyata keçirdiyi ilk dəfə deyil. Son günlərdə biz Xocalı rayonundan ərazisində baş verən proseslərdən görürük ki, Ermənistan tərəfi hələ də, Vətən müharibəsi və ondan sonrakı baş verən “dəmir yumruq” zərbələrindən doğru-dürüst nəticə çıxara bilməyib.

Azərbaycan ərazilərindən ermənilərin silahlandırılması və bu prosesin rus sülhməramlılarının gözü önündə baş verməsi Azərbaycanı daha adekvat tədbirlər görməyə vadar edə bilər. Əgər erməni silahlılarının ən yaxın müddətdə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən çıxarılması baş verməzsə, Azərbaycan ordusu bu prosesləri öz imkanları ilə həyata keçirməli olacaq.

Xatırladıram ki, biz 44 günlük müharibədə 5 dövlətin birgə qəbul etdiyi BMT-nin 4 qətnaməsini icra etmişiksə, üçtərəfli birgə bəyanatın şərtlərindən irəli gələn tələbləri, o cümlədən erməni silahlılarının ərazidən çıxarılmasını da təkbaşına icra edə bilərik. Buna kimsənin şübhəsi olmamalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay