Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan “kantrabasda tək” – Lakin şansı az deyil

Köhnələr bütün güclərini səfərbər edib, Baş nazir isə qələbəyə daha yaxındır..

İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanda yaranan siyasi böhranın nisbətən səngidiyi müşahidə edilir. İşğalçı ölkənin “Vətənin Qurtuluşu” Hərəkatının təzyiqlərinə tab gətirməyi bacaran Baş nazir Nikol Paşinyan hakimiyyətini qoruya bilmək üçün bir sıra addımlar atdı. Onun hakimiyyəti qorumaq istiqamətində siyasi gedişlərini uğurlu saymaq olar.

Paşinyana ən təsirli təzyiq Silahlı Qüvvələrin Baş Qərargahından gəlmişdi – hansı ki, Ermənistanda faktiki olaraq hərbi çevriliş qaşla-göz arasında idi. Baş Qərargah birbaşa Nikolun hakimiyyətdən getməli olduğunu bəyan etdi. Amma Paşinyan tərəfdarları ilə İrəvanın mərkəzində mitinq keçirərək, hərbi çevrilişin qarşısını aldı. Eyni zamanda üsyançı Baş Qərargah rəisi Onik Qasparyanı zərərsizləşdirdi – vəzifədən uzaqlaşdırmağı bacardı. Öz adamı olan Artak Davtyanı Qərargahın başına gətirməklə ordudan gələn təhlükəni dəf etdi. Davtyanın ilk açıqlaması belə oldu: “Ordu siyasətə qarışmır”. Vəssalam!

Paşinyanın ikinci siyasi gedişi növbədənkənar parlament seçkilərinin keçirilməsini müxalifətlə razılaşdıra bilməsidir. Hərçənd ki, əvvəl hakimiyyətdə olmuş, quldurlardan ibarət “Vətənin Qurtuluşu” Hərəkatı növbədənkənar seçkilərin əleyhinədir: “Paşinyan istefa vermədən seçkilər olmaz!”, - deyirlər. Amma Ermənistan Parlamentində fraksiyaya sahib “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyaları Paşinyanla razılaşır – seçkiyə gedirlər. Və Paşinyan “Facebook”dan elan etdi: “İyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək”.

Demək olar ki, Nikol indidən seçki təbliğatına da başlayıb. Seçkilərin rəsmi təbliğat-təşviqatı elan olunmasa da, Baş nazir seçicilərlə qeyri-rəsmi görüşlər keçirir. Məsələn, Paşinyan ötən şənbə günü Araqatsotnda kifayət qədər insanın iştirakı ilə mitinq keçirdi. Yenidən tərəfdar qazanmağa, hakimiyyətini qorumağa çalışan Nikol ölkəsini inkişaf etdirməyin əsas yollarından biri kimi demokratiya və qonşularla yaxşı münasibətlər qurmağın vacibliyini söylədi. Qarabağ müharibəsini dayandıran 10 noyabr Üçtərəfli Bəyanata toxunarkən isə o dedi ki, Bəyanatdan kənara çəkilmək olmaz. O, belə mesaj verdi ki, sözügedən sənədin bütün müddəaları yerinə yetirilməlidir – başqa yol yoxdur.

Hazırkı mərhələdə Paşinyanın hakimiyyətini qoruya bildiyini söyləmək olar. Amma belə fikirlər var ki, Nikolu xilas edəcək növbədənkənar seçkilər baş tutmaya bilər. Çünki Ermənistan daxilində seçkilərin əleyhinə olanlar var. Bunlar da əsasən “köhnələrdir”. Sabiq məmurlar bildirirlər ki, növbədənkənar seçki qanunsuzdur.

PİA.az xəbər verir ki, Ermənistan Parlamentinin sabiq sədri Ara Saqatelyan da proseslərlə bağlı açıqlama verib. Deyib ki, seçkilər “Facebook”dakı status vasitəsilə elan edilmir: “Müvafiq qanuni bir prosedur var və Paşinyan seçki elan etmək səlahiyyətinə sahib deyil. Bu, Respublika Prezidentinin funksiyasıdır. Seçkilər rəsmi olaraq təyin edildikdə, o zaman danışacağıq. Seçkilərin keçiriləcəyinə çox şübhə edirəm: Ermənistanın yalançı Baş naziri tərəfindən vədlərdən hansı yerinə yetirildi? Budəfəki vədinin də boşa çıxacağı istisna deyil. Buna görə də vaxtından qabaq seçki keçirməyi, ümumiyyətlə, vaxtından əvvəl nələrsə deməyi mənasız hesab edirəm”.

Paşinyanın artıq seçki kampaniyasına başlamasına gəlincə, Saqatelyan vurğulayıb ki, kiçik uşaqların mitinqə toplanmasını və boşboğazlıq etməyi təşviqat kampaniyası hesab etmir: “Bu, hansısa seçki kampaniyası deyildi, öz dərisini qurtarmaq üçün hər şeyə hazır olan Paşinyanın meymunluğu idi. Çirkin təbiətini mükəmməl bildiyim üçün hər hansı bir təxribat quran və uşaqların iştirakı ilə spekulyasiya etməyə, bunun bahasına piara səbəb yaratmağa çalışacaqsa, təəccüblənmərəm. Nikolun öz dərisini xilas etmək üçün hər şeyə hazır olduğu və Baş nazir kürsüsündə bir dəqiqə daha artıq oturmaq üçün hər çirkinliyi edəcəyi bir həqiqətdir. Həyat göstərdi ki, Nikol üçün müqəddəs heç nə yoxdur və başqalarının övladlarının canı bahasına hər şeyə hazırdır”.

Öz növbəsində Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan açıqlama verib ki, parlament idarəetmə forması olan bir ölkədə hökumət başçısının erkən seçkilərin zəruriliyini və vaxtını elan etməsi absurddur: “Daha böyük biabırçılığı təsəvvür etmək çətindir. Erkən seçkilərə ehtiyac yalnız Baş nazir istefa edərsə, ya da vəzifədən uzaqlaşdırılarsa, etimadsızlıq ifadə edilərsə, ortaya çıxa bilər. Baş nazir hələ istefa etməyib, yeni Baş nazir namizədləri irəli sürülməyib. Ancaq Nikol erkən seçkilər üçün müəyyən bir tarixi açıqladı. Bunun biabırçılıqdan başqa adı yoxdur. Ermənistan artıq hüquqi, demokratik bir dövlət kimi mövcud deyil. Ölkəmizi yenidən qurmağı düşünməliyik”.

Beləliklə, Paşinyanın hakimiyyətinə qarşı nə qədər təzyiq davam etsə də, onun hakimiyyətini qoruyacağına, erkən parlament seçkilərini keçirib, yenidən Baş nazir kürsüsünü əldə edəcəyinə inam çoxdur. Çünki Nikola qarşı birləşən müxaliflər erməni cəmiyyətində inamını itirmiş qüvvələrdir. Onlar – Vazgen Manukyan, Serj Sarkisyan, Robert Köçəryan vaxtilə Ermənistanda hakimiyyət başında olublar. Xalqın qanını sovurmuş bu quldurları ermənilər rədd edirlər.

Digər yandan isə Qarabağ yükündən bezmiş, özlərinin olmayan ərazilər uğrunda ölməkdən usanmış ermənilər ən optimal yol kimi Paşinyanın hakimiyyətini istəyirlər. Veriləcək növbəti şansdan Nikol səmərəli yararlana biləcəkmi? Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından əl çəkib, normal qonşuluq siyasəti həyata keçirəcəkmi? Bunu isə zaman göstərəcək. (AYNA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Rusiyanın ən böyük hərbi yük təyyarəsi müəmmalı şəkildə İrana eniş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay