Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədrləri Prezident İlham Əliyevə yubiley münasibətilə təbrik məktubu göndərib

Azərbaycanda fəaliyyət göstərən partiyaların sədrləri Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıblar.

PİA.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təbrikində İlham Əliyevin Heydər Əliyev yolunun müzəffər davamçısı kimi milli maraqlara, bəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını qeyd edib: “Ölkəmizə rəhbərlik etdiyiniz son 18 il ərzində Azərbaycan hərtərəfli inkişaf və yüksəlişə nail olub, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib, müsbət imic qazanaraq öz gücünü artırıb, söz və nüfuz sahibinə çevrilib.

İctimai-siyasi sabitliyin qorunması, demokratik inkişaf yolunda qazanılmış müvəffəqiyyətlər, güclü və müasir ordu quruculuğu sahəsində əldə olunmuş misilsiz nəticələr, milli həmrəyliyin gücləndirilməsi, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi, ölkəmizdə mötəbər tədbirlərin keçirilməsi və digər reallıqlar tarixi nailiyyətlərimizdir.

Prezident və müzəffər Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması isə çoxəsrlik tariximizin zirvə hadisəsidir”.

T. Budaqov qeyd edib ki, tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayan Azərbaycan bu gün dünyada nüfuzlu, müstəqil siyasət həyata keçirən nümunəvi ölkə və regionun lideri kimi qəbul edilir: “Ətrafınızda sıx birləşən, siyasətinizi yekdilliklə dəstəkləyən dünya azərbaycanlıları əmindirlər ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə yeni zirvələr fəth edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə də ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və sevinc dolu uzun ömür arzulayıram”.

"Azərbaycan Mübarizləri" Partiyasının sədri Səadət Müslümova, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Demokrat-İdrak Partiyasının sədri Osman Əfəndi, "Qorqud" Partiyasının sədri Firudin Kərimov, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov, Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, "Yeni Zaman" partiyasının sədri Musa Ağayev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da dövlət başçısına 60 illik yubileyi münasibətilə təbrik məktubu göndəriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar