Özbəkistanın Qaraqalpaqıstan ərazisində kütləvi iğtişaşlar zamanı 18 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aksiyalar nəticəsində, həmçinin 243 nəfər yaralanıb.
Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.
pia.az