Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oğru dünyası”nda çaxnaşma: Çixladze necə həbs olundu?

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qətlinin araşdırılması davam edir. Artıq Türkiyə polisi bir sıra önəmli addımlar atıb. Bunlardan biri gürcü əsilli “qanuni oğru” Quram Çixladzenin (Kvejoeviç) nəzarətə götürülməsidir.

Yenisabah.az xəbər verir ki, Türkiyə polisinin Kvejoeviçə fokuslanması təsadüfi deyil. Quram Çixladze Lotu Qulinin “oğru dünyası”ndan kənarlaşdırılması planının əsas fiqurantlarından olub.

İlk toqquşma

Kvejoviçlə Lotu Qulinin ilk toqquşması 2019-cu ildə İstanbulda otellərin birində baş verib. Həmin vaxt Nadir Səlifov dostlarından birinin – bəzi məlumatlara görə, qazax əsilli kriminalitet Arman Cumagəldiyevin (Arman Dikiy) – doğum günü ilə bağlı təşkil edilən ziyafətdə iştirak edirmiş. Çixladze ora gəlib və ayrıca Lotu Quli ilə görüşüb.

Nadir Səlifovun “qanuni oğru” titulu daşımasına baxmayaraq Kvejoeviç onunla saymazyana danışıb. Bu zaman Lotu Qulinin yanında olan Arman Cumagəldiyev Çixladzeyə yumruq zərbəsi endirib. Cumagəldiyev “qanuni oğru”nu vurarkən onun statusundan xəbərsiz olub. Sən demə, Kvejoeviç görüşdən az əvvəl oteldə Arman Cumagəldiyevlə üz-üzə gəlib.

Cumagəldiyev onun kim olduğunu soruşduqda Çixladze özünü biznesmen kimi təqdim edib. Bu baxımdan, Cumagəldiyev bir “biznesmenin” “qanuni oğru” ilə saymazyana danışığına sərt reaksiya verib. Nadir Səlifovun müdaxiləsi ilə insidentin daha da dramatikləşməsinin qarşısı alınıb. Lakin bu olay Lotu Quliyə total hücumlara rəvac verib.

Lotu Qulini tituldan məhrum etmək planı

Çixladze vurulması ilə bağlı dərhal “oğru dünyası”nı ayağa qaldırıb. Ona zərbə endirən Arman Cumagəldiyev olduğu halda Nadir Səlifovu hədəfə alıb. Çixladze onun “qanuni oğru” titulundan məhrum edilməsini tələb edib.

Kvejoeviçin cəhdləri nəticəsiz qalıb. Əksinə, özünün titulu şübhə altına alınıb. Bundan sonra gürcü əsilli məşhur “qanuni oğru” Badri Koquaşvili (Badri Kutaisi) konfliktə qoşulub. O, Çixladzeyə dəstək verərək Nadir Səlifovun “qanuni oğru” titulunu şübhə altına alıb.

Badri Koquaşviliyə “qanuni oğrular” Emzar Caparidze və Zaxari Kalaşovdan ("Şakro Molodoy”) da dəstək gəlib. Lakin Quram Çixladze ilə Emzar Caparidzedən fərqli olaraq Zaxari Kalaşov dəstəyini açıq ifadə etməyib.

Nadir Səlifovun qələbəsi ilə bitən "sxodka”

Nəhayət, Nadir Səlifovun təşkilatçılığı ilə baş tutan "sxodka”da ona qarşı iddialar əsassız hesab edilib. Arman Cumagəldiyev Quram Çixladze ilə aralarında baş verən insidentə aydınlıq gətirib və "sxodka”ya toplaşan "qanuni oğru”ların hər hansı etirazı ilə üzləşməyib.

Lakin məsələ bununla bitməyib. Bəlli olub ki, Badri Koquaşvilinin Roland Qeqeçkori ("Roland Şlyapa”) və Merab Mzarelua ("Duyake”) ilə, Quram Çixladzenin Qoça Maysuradze ("Qoqita”) ilə, Emzar Caparidzenin isə Tariel Oniani ("Taro”) və Merab Suxumski("Pipia”) ilə problemləri var.

Onların diqqətinə çatdırılıb ki, problemlərini həll etmədən hansısa "qanuni oğru”nu bu statusdan məhrum etmək qədər ciddi bir məsələdə söz sahibi ola bilməzlər. Həmçinin, "sxodka”ya toplaşanlar onların özlərini "qanuni oğru” kimi tanımadıqlarını bəyan ediblər.

“Sxodka”da o da aydın olub ki, bu işlərin başında Zaxari Kalaşov dayanır. Merab Suxumski artıq onun oyunlarından bezdiyini bildirib. Sonda Nadir Səlifov "sxodka”nın qərarını qəbul etməyənlərin ən sərt formada cəzalandırılacağını deyib.

Çixladzenin baş tutmayan sui-qəsd planı

Nadir Səlifovun qanuni oğru titulundan məhrum edilməsinə nail ola bilməyən Çixladze onun yaxınlarına hücumlar təşkil edib. Lotu Qulinin bacısı oğlu oğru dünyasından “Maqa” ləqəbi ilə tanınan Məhəmməd Qurbanov Kvejoviç tərəfindən bıçaqlanıb.

Çixladze bununla kifayətlənməyərək Nadir Səlifovun özünü aradan götürmək qərarına gəlib. Xüsusi dəstə ilə Türkiyə Türkiyəyə gələn Çixladzenin Lotu Quliyə qarşı planlaşdırdığı sui-qəsd baş tutmayıb. İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Kvejoviç başda olmaqla 17 nəfər saxlanılıb. Məlum olub ki, gürcü “oğru” Türkiyəyə Anri Malyi adlı Ukrayna vətəndaşı kimi giriş edib.

Sonradan məlumat yayıldı ki, Çixladze ölkəni tərk etməklə bağlı Türkiyə polisi ilə razılığa gəlib.

Nadir Səlifov Çixladze ilə problemlərin davam etdiyi vaxtda qətlə yetirilib. Bu baxımdan, Türkiyə polisinin ondan şübhələnməsi təbiidir. Hələlik Kvejoeviçin bu məsələdə hansı rol oynadığı məlum deyil. Onun ümumiyyətlə, bu qətlə aidiyyatı olmaya da bilər. Lakin bunun əksi üzə çıxarsa, yəni, Lotu Qulinin qətlində Çixladzenin də rol aldığı sübut olunarsa, o zaman kriminal dünyanın qan gölünə dönəcəyini indidən söyləmək olar. Çünki bu, Çixladzenin özfəaliyyəti hesab edilməyəcək. Vaxtilə ona dəstək verən digər nüfuzlu “qanuni oğru”lar da Səlifov klanının qəzəbinə tuş gələ bilər ki, bu da “oğru dünyası”nda qarşısıalınmaz savaşa səbəb olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar