Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nika Çitadze: “İrəvan Cənubi Qafqazda daha konstruktiv mövqe tutmalı olacaq” 

Parlament seçkisinin keçirilməsi planlaşdırılan 2024-cü il Gürcüstan üçün gürcü oliqarx, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təsisçisi Bidzina İvanişvilinin siyasətə qayıdışı ilə əlamətdar oldu. Partiyanın yeni nizamnaməsinə görə, o, ölkənin baş naziri postuna seçilmək üçün səlahiyyət qazandı.

Bundan əlavə, “Gürcü Arzusu” Partiyasının fəxri sədri kimi, o, hökumət başçısı vəzifəsinə namizədlər irəli sürə və partiyanın növbədənkənar qurultayını çağıra bilər.

Hadisələrin davamında partiyadaxili gedişlər edildi, belə ki, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze ölkənin baş naziri postuna namizəd oldu, keçmiş baş nazir İrakli Qaribaşvili isə partiyanın sədri kürsüsünə əyləşdi.

Bu yerdəyişmələrin səbəbi nədir? Bu, onların hər biri üçün vəzifələrinin aşağı salınmasıdır, yoxsa əksinə, yüksəlişdir?

Oxu.Az-ın bu sualına cavab verən politoloq, Gürcüstanın Təhlükəsizlik və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Qara Dəniz Beynəlxalq Universitetinin professoru Nika Çitadze qeyd edib ki, keçmiş baş nazir İrakli Qaribaşvili üçün bu, daha çox vəzifəsinin aşağı salınmasıdır:

- Qaribaşvilinin hansısa korrupsiya sövdələşmələrində əli olması ilə bağlı yayılan məlumatlardan sonra onun reytinqi nəzərəçarpacaq dərəcədə aşağı düşdü. Bu, öz növbəsində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının reytinqinə təsir edirdi. Partiyanın qurucusu Bidzina İvanişvili isə bu məqamdan narazı idi. Təbii ki, bu, Qaribaşvilinin vəzifəsinin aşağı salınması idi, amma sanki elə görünür ki, o, tutduğu vəzifədən azad edilməyib, sadəcə, başqa işə keçirilib. Yeri gəlmişkən, bu metoddan Sovet İttifaqı dövründə yüksəkvəzifəli məmurlar işdən uzaqlaşdırılarkən istifadə olunurdu. “Gürcü Arzusu” Partiyasının sədri fəxri sədrdən daha az səlahiyyətlərə malikdir. Qaribaşvili İvanişvilinin razılığı olmadan heç nə edə bilməyəcək. Digər tərəfdən, o qədər də yüksək reytinqə malik olmayan İrakli Kobaxidzenin baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb. Bu onu göstərir ki, “Gürcü Arzusu” Partiyasının fəxri sədrinin parlament seçkisi öncəsi ehtiyat skamyası çox da zəngin deyil. Baxmayaraq ki, digər tərəfdən, müxalifət də o qədər fəal deyil. Ümumiyyətlə, sosioloji sorğuların nəticələrinə görə, Gürcüstan əhalisinin təxminən 40 faizi nə hakim partiyanı, nə də onun əleyhdarlarını dəstəkləyir.

- İrakli Qaribaşvilinin hökumət başçısı postunda atdığı son siyasi addımlardan biri Gürcüstan və Ermənistan arasında “Strateji Əməkdaşlıq Memorandumu”nun imzalanması oldu. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın Tbilisiyə son səfəri zamanı baş verdi. Qəribədir ki, memorandumun mətni heç bir yerdə dərc olunmayıb. Eyni zamanda, bəzi gürcü ekspertlər bu sənədin imzalanmasının səhv qərar olduğu qənaətindədirlər, çünki Ermənistan hələ də Abxaziyadakı Baqramyan adına erməni batalyonunun hərəkətlərinə görə üzr istəməyib, bu batalyonun fəaliyyətini pisləməyib, həmçinin, İrəvan 1993-cü ildə gürcü qaçqınların geri qayıtmasından bəhs edən və BMT-nin Gürcüstanı dəstəkləyən qətnamələrinə qarşı çıxıb.

- Gürcüstanın bütün qonşu dövlətlərlə yaxşı münasibətləri olmalıdır, baxmayaraq ki, Rusiyanı nəzərə alsaq, bu, hazırda çətin və hətta mümkünsüzdür. Ancaq burada vacib bir məqam var. Bildirilir ki, Gürcüstan və Ermənistan arasında “Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb. Bəs niyə Gürcüstanla Azərbaycan arasında belə bir sənəd yoxdur?
Aydındır ki, Bakı ilə Tbilisi arasında münasibətlər uzun müddətdir ki, strateji tərəfdaşlıq xarakteri daşıyır, iqtisadi, hərbi və digər sahələrdə çoxlu birgə sazişlər və sənədlər imzalanıb. Amma Azərbaycanla strateji tərəfdaşlıq haqqında memorandum yoxdur. Amma axı Bakı ilə Tbilisi arasında ən sıx əlaqələr qurulub, çoxsaylı nəqliyyat və enerji layihələri həyata keçirilir. Mən Gürcüstanla Ermənistan arasında razılaşmanın əleyhinə deyiləm, amma vurğulayıram ki, eyni sənəd Bakı ilə Tbilisi arasında da imzalanmalıdır. Türkiyə ilə də mehriban qonşuluq münasibətləri gücləndirilməlidir. Baqramyan adına batalyona gəlincə, burada onu qeyd etmək lazımdır ki, Ermənistan hər zaman bu batalyonla əlaqələrini inkar edib.

- Bəs BMT-dəki səsvermə? Ermənistanın gələcəkdə beynəlxalq təşkilatlarda gürcüstanyönümlü qətnamələri dəstəkləyəcəyinə təminat varmı?

- BMT Baş Assambleyası məcburi köçkünlərin öz evlərinə qaytarılması hüququnu tanıyan qətnamələr qəbul etdi. Ermənistan əvvəllər bu sənədləri dəstəkləmirdi. Ola bilsin ki, indi hər şey dəyişəcək, çünki İrəvan öz xarici siyasət oriyentasiyasını dəyişir. Bir neçə gün əvvəl Nikol Paşinyan bildirib ki, Rusiya artıq Ermənistanın əsas hərbi tərəfdaşı ola bilməz. Bundan başqa, Ermənistan Respublikası Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub (Moskvada bu, qeyri-dost addım kimi qiymətləndirilib - red.).

İndi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün ilkin şərtlər mövcuddur. Mən hesab edirəm ki, bu sənəd imzalanacaq. Müvafiq olaraq, İrəvan Cənubi Qafqaz regionunda daha konstruktiv mövqe tutmalı olacaq ki, bu da Gürcüstan, AzərbaycanErmənistan arasında üçtərəfli əməkdaşlığa müsbət təsir göstərəcək. Ortamüddətli perspektivdə bu ehtimal böyükdür. Kommunikasiyalar blokdan çıxarılandan və Ermənistan-Türkiyə sərhədi açıldıqdan sonra dörd dövlətin - Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlıqdan danışmaq mümkün ola bilər.

- Baş nazir vəzifəsinə namizəd İrakli Kobaxidze artıq Gürcüstanın Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin təşviqi üçün səylərini davam etdirəcəyinə söz verib. Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etmək üçün Tbilisinin hansı imkanları var?

- Gürcüstan mühüm geosiyasi oyunçu deyil, lakin danışıqlar üçün öz meydançasını təqdim edə bilər, çünki Tbilisi Bakı və İrəvanla mehriban qonşuluq münasibətlərini saxlayır. Vaşinqton və Brüssel, mənim anladığım qədər, Azərbaycan üçün o qədər də rahat platformalar deyil.

Poliqon.info


Etiket: Nika Çitadze


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

Ən çox oxunanalar