Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çindən Orta Dəhlizlə bu il göndərilən blok qatarların sayı açıqlanıb

Çindən Orta Dəhlizlə cari ilin əvvəlindən iyun ayının sonuna kimi ümumilikdə 105 blok qatar yola salınıb...

PoliqonAzərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, son 15 il ərzində Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Bu artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənir, eyni zamanda yeni yollar salınır.

2024-cü ilin mayında Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi başa çatdırılaraq bu marşrutla yükdaşımalara start verilib. Ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artıb.

“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişafı üzrə mayda Azərbaycanın Astara rayonunda yük terminalı yenilənərək istifadəyə verilib, yükaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər artırılması planlaşdırılır.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında 9,3 milyon tondan çox yük daşınıb ki, bunun da 3,9 milyon tona yaxını konteyner yükləri də daxil olmaqla tranzit yükü olub. Tranzit yükdaşımalar ötən illə müqayisədə 8 %-dən çox artıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar