Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib...

Məhəmməd Əsədullazadə: “Konstantin Zatulin indiki fikirləri Azərbaycana qarşıdır”.

“Görünür ki, Kreml bu məsələdə susqunluq nümayiş etdirir. Halbuki Kreml də burada məsuliyyət daşıyır. Əlbəttə ki, Rusiyanın bu ikili mövqeyi Azərbaycanda təəccüblə qarşılanır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Öz ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib, terrora və separatizmə dəstək sərgiləyib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini olan Zatulin bu dəfə qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayıb. O, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirib.

Zatulinin uzun müddətdir sərgilədiyi anti-Azərbaycan mövqeyinə qarşı rəsmi Moskvanın susqunluq göstərməsi nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Zatulinin MDB işləri üzrə komitəsinin sədr müavini vəzifəsindən çıxarılmasını tələb etməlidir. Çünki bu şəxs Rusiya-Azərbaycan münasibətlərini korlayır”.

Konstantin Zatulinin bu fikirləri ilə Nikol Paşinyanın da razı olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Ermənistanın dövlət siyasəti bəllidir:

“Konstantin Zatulin indiki fikirləri Azərbaycana qarşıdır. Eyni zamanda, onun fikirləri normallaşmaqda olan Rusiya-Azərbaycan münasibətlərinə zərbədir.

Artıq Qarabağ məsələsi həll olunub və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. RusiyaAzərbaycan arasında hər hansısa problem yoxdur. Amma Konstantin Zatulin yenə də Qarabağ məsələsini gündəmə gətirir.

Ruben Vardanyan terrorçudur. Ondan Ermənistan da, Rusiya da imtina edir. Zatulin bu cür fikirlər deməklə erməni iş adamlarının Rusiyaya axını təmin etməyə çalışır. Konstantin Zatulinin bu fikirləri ilə Nikol Paşinyan da razı deyil. Ermənistanın dövlət siyasəti bəllidir.

Məhəmməd Əsədullazadə: “Rusiya tərəfi bununla bağlı izahat verməlidir”.

Amma Zatulinin fikirləri MDB işləri üzrə komitəsinin sədr müavini kimi Rusiyanın da mövqeyini göstərir. Buna görə də, Azərbaycan Rusiyaya ciddi nota verməlidir. Zatulinin MDB işləri üzrə komitəsinin sədr müavini vəzifəsindən çıxarılmasını tələb etməlidir. Çünki bu şəxs Rusiya-Azərbaycan münasibətlərini korlayır. O Cənubi Qafqazda separatizmi, terrorçuları dəstəkləyir.

Görünür ki, Kreml bu məsələdə susqunluq nümayiş etdirir. Halbuki Kreml də burada məsuliyyət daşıyır. Əlbəttə ki, Rusiyanın bu ikili mövqeyi Azərbaycanda təəccüblə qarşılanır. Buna görə də, Rusiya tərəfi bununla bağlı izahat verməlidir.

Rusiya prezidentinin Azərbaycana səfəri və burada apardığı danışıqlar görə rəsmi şəxslər separatizm, işğal kimi mövqelərdən çəkinməlidir. Amma biz Rusiyada müəyyən qüvvələrin hələ də bu mövqedə qaldığını görürük”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar