Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa yanır: Yanğınlar ən məşhur turistik yerləri bürüyüb

Artıq Avropanın cənubundakı beş ölkədə meşə yanğınlarına səbəb olan həddindən artıq istilərlə bağlı xəbərdarlıqlar edilib...

Poliqon İndependent-ə istinadən xəbər verir ki, həddindən artıq istilər bir çox səyahətçilər üçün bir daha maneələr yaradır.

İqlim dəyişikliyi səbəbindən meşə yanğınları riskinin daha da artacağı gözlənilir. Yay getdikcə daha çox insan tələfatı və əraziləri yandıran genişmiqyaslı yanğınlarla xarakterizə olunacaq.

Xəbər verildiyi kimi, meşə yanğınları riski əvvəllər ona meyilli olmayan ərazilərə yayılaraq, Aralıq dənizi regionunun hüdudlarından xeyli kənara çıxıb.

Yunanıstanın paytaxtı Afinada hava limanında uçuşlar hazırda normal işləyir, lakin yollar bağlana biləcəyi üçün insanlardan hava limanına səyahət üçün əlavə vaxt tələb olunur. Həmçinin yerli sakinlərdən tüstü səbəbindən pəncərələri bağlı qapalı yerlərdə qalmaları xahiş olunur.

İspaniyanın böyük hissəsi də quraqlıq səbəbindən meşə yanğınları riskinin yüksək olduğu elan edilib. Ölkənin ən məşhur Mayorka adasında quraqlıq baş verib. Bəzi kəndlər suyun verilişini sutkada 12 saatla məhdudlaşdırmağa başlayıblar.

Madriddən şərqdə və Valensiyadan şimalda Aralıq dənizi sahilində yerləşən Kastelyon əyalətində də şiddətli quraqlıq hökm sürür. Hakimiyyət insanlara hovuzları doldurmağı qadağan edib. Kanar adalarında isə yanğının yayılmasına kömək edən sürəti 50 km/saatdan çox olan küləkləri proqnozlaşdırır.

Portuqaliyada yanğın mövsümünün zirvəsi artıq başlayıb və oktyabr ayına qədər davam edə bilər. Ölkənin şimalında 250-dən çox yanğınsöndürən yanğınla mübarizə aparır. Yerli sakinlərə xəbərdarlıq edilib: "Çıxılmalı olduğunuz halda tədbirlər planı, evakuasiya dəsti hazırlayın. Meşə yanğınları və ya yolların bağlanması zamanı alternativ nəqliyyat variantları hazırlayın və unutmayın ki, ictimai nəqliyyat marşrutları pozula bilər".

Albaniyada aprel-oktyabr aylarında quru və isti hava səbəbindən meşə yanğınları tez-tez baş verir. Yanğınla mübarizə üçün Avropa İttifaqı bu ölkəyə təcili yardım göndərir.

Xorvatiya ərazisinin demək olar ki, yarısını meşələr tutur. Yanğından qorxan ölkə hakimiyyəti turistlərin davranışlarına nəzarət etmək üçün 110 meşəlik ərazidə 220 kamera yerləşdirib.

İnsanlara "qəsdən yandırma" üçün ciddi cəzalar barədə xəbərdarlıq edilir - hətta müəyyən edilmiş ərazidən kənarda manqal bişirmək 20.000 avro cərimə və mümkün həbs cəzası ilə nəticələnə bilər, yanan siqareti atmaq və ya boş şüşəni çöldə qoymaq isə bir qədər çox cərimə ilə nəticələnə bilər - 1200 avro.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar