Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa qarşı sui-qəsdin hazırlanmasının yeni təfərrüatı açıqlanıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruks məşq etmək üçün dəfələrlə poliqona gedib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın ABC telekanalı məlumat yayıb.

"Keçmiş prezident Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs hücumdan əvvəlki il ərzində dəfələrlə atışma poliqonuna baş çəkib", deyə telekanalın açıqlamasında bildirilir.

Ayova senatoru Çuk Qrassli tərəfindən əldə edilən məlumata görə, Kruks intensiv təlim keçirib. Məsələn, məlum olub ki, 2023-cü il avqustun 10-da atıcılıq klubuna üzvlük qeydiyyatdan keçdikdən sonra Kruks üzvlüyün ilk dörd ayında 20 dəfə olmaqla, ümumilikdə 43 dəfə atıcılıq tirinə baş çəkib.

Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Cinayətkar hadisə yerində məhv edilib. FTB-nin məlumatına görə, o, 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur. New York Post mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Deputatın rektor olduğu universitet cərimələnir

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə 

AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir

Ən çox oxunanalar