Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya İsraili müdafiə etmək üçün ordu göndərə bilər

"Almaniya Xristian Demokrat İttifaqının (CDU) xarici siyasət üzrə eksperti və Bundestaqın deputatı Roderix Kiesevetter hesab edir ki, İranın hücumu təhlükəsi ilə Almaniya hökuməti nəhayət ayılmalı və İsrailə hərbi müdafiə yardımı təklif etməlidir"...

Poliqon xəbər verir ki, deputat bu barədə Der Spiegel-ə danışıb.

Onun sözlərinə görə, İranın pilotsuz təyyarələri ilə döyüşmək üçün İsrailə Bundesver "Eurofighter" qırıcılarını göndərmək olar.

Almaniyadakı Yəhudilərin Mərkəzi Şurasının prezidenti Yozef Şuster də Almaniyanı lazım gələrsə, hərbi mənada yəhudi dövlətinin tərəfini tutmağa çağırıb.

Müstəqil Demokrat Partiyasının (FDP) müdafiə eksperti Markus Faber isə bu ideyaya şübhə ilə yanaşır: "Almaniya hökuməti israillilərə silah ixracını daha tez təsdiqləyə bilsə də, Bundesverin İsraildə yerləşdirilməsi istənilməz və kömək etmək üçün çox az şey edə bilər".

Avropa Parlamentinin keçmiş xarici siyasət rəhbəri Elmar Brok (CDU) da oxşar mövqedən çıxış edir: "Biz Hizbullaha qarşı Livana əsgər göndərə bilmərik".

Lakin Brokun sözlərinə görə, Almaniya husilərlə mübarizə aparmaq üçün Qırmızı dənizə daha çox gəmi göndərə bilər - raketlərin qarşısını almaq, gəmilərin təhlükəsizliyini təmin etmək, bu cəbhədə İsrail və ABŞ-ın vəziyyətini asanlaşdırmaq üçün.

Sosial Demokrat Partiyasının (SPD) müdafiə eksperti Andreas Şvars bildirib ki, İsraili müdafiə etmək Almaniya dövlətinin əsas məqsədidir.

Tarixçi Maykl Volfson isə bu müzakirələri zərərli hesab edir: "İsrailin təhlükəsizliyi üçün bu müzakirə tamamilə mənasızdır. Onlar sübut edir ki, Alman dövlət xadimlərinin İsrail haqqında danışması boş söhbətdir. Almaniya yalnız çox təvazökar yardım göstərə bilər".

Volfson alman əməliyyatlarının uğursuzluğuna misal gətirir: "Alman donanması 2006-cı ildən Livan sahillərində üzməkdədir. Onun vəzifəsi Hizbullaha silah verilməsinin qarşısını almaqdır. Hamı etiraf edir ki, bu missiya tam uğursuzluqla nəticələnib. Bununla belə, Bundestaq bu yaxınlarda missiyanı 2025-ci ilin iyun ayının sonuna qədər uzadıb".

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Ən çox oxunanalar