Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Meksika hakimiyyətini Putini həbs etməyə çağırıb - Sənəd

Ukrayna Meksika hökumətinə müraciət edib ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də prezident Klaudiya Şeynbaumun andiçmə mərasiminə gələrsə, onu həbs etsin...

Poliqon xəbər verir ki, Ukraynanın Meksikadakı səfirliyi Putini sözügedən mərasimə dəvət etdikdən sonra müvafiq müraciət dərc edib.

Səfirlik Ukrayna prezidenti Volodimir Zelenskini dəvət etdiyi üçün Meksikaya təşəkkür edib və Putinin hərbi cinayətkar olduğunu vurğulayıb.

"Ümid edirik ki, Meksika hökuməti Vladimir Putinin ukraynalı uşaqları oğurlamaqda və Rusiyaya zorla deportasiya etməkdə şübhəli bilinən hərbi cinayətkar olması faktından xəbərdardır, onun həbsi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilib. Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını Meksika tanıyır", dərc olunmuş sənəddə qeyd edilir.

Qeyd edək ki, Putin rəsmi olaraq Meksikanın yeni rəhbəri Klaudiya Şeynbaumun andiçmə mərasiminə dəvət olunub. Andiçmə mərasimi oktyabrın 1-də Mexikoda keçiriləcək. Meksikanın Rusiya Federasiyasındakı səfirliyi qeyd edib ki, Putin mərasimdə şəxsən iştirak edib-etməməsinə və ya onun adından bunu etmək üçün Meksikaya yüksək rütbəli bir məmuru göndərəcəyinə qərar verəcək.

Meksika Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını tanıyır. Ölkə 2005-ci ildə Roma Statutunu imzalayıb. Bu, Rusiya liderinin bu ölkəyə səfərini çətinləşdirə bilər, çünki bu qurum onun həbsinə order verib. Putinin prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl vurğulamışdı ki, Rusiya qərarı qeyri-qanuni hesab edir və BCM-nin orderlərini tanımır, çünki bu statusun iştirakçılarından biri deyil.

Onu da qeyd edək ki, iyunun 2-də keçirilən prezident seçkilərində hakim Morena Partiyasının namizədi Klaudiya Şeynbaum qalib gəlib. Vladimir Putin onu dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Ən çox oxunanalar