Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna qoşunları Kursk vilayətinin 10 kilometr dərinliyinə irəliləyib

Avqustun 7-dən etibarən Rusiya ərazisində mexanikləşdirilmiş hücum əməliyyatları davam edən Ukrayna qoşunları Rusiyanın Kursk bölgəsinə doğru 10 kilometr irəliləyib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

“Avqustun 6 və 7-də yayımlanan geolokasiya görüntüləri göstərir ki, Ukrayna zirehli texnikası beynəlxalq sərhəddən təxminən 10 kilometr aralıda, 38K-030 şossesi boyunca mövqelərə keçib. Ukraynanın Kursk bölgəsindəki hücum əməliyyatlarının hazırda təsdiqlənmiş miqyası və yeri göstərir ki, Ukrayna qüvvələri ən azı iki Rusiya müdafiə xəttini və bir güclləndirilmiş müdafiə məntəqəsini yarıblar”, deyə hesabatda qeyd edilir.

ISW-nin rusiyalı insayder mənbəyə istinadən verdiyi məlumata görə, avqustun 6-da əməliyyat başlayandan bəri Ukrayna qoşunları Kursk vilayətində 45 kvadrat kilometr ərazini ələ keçirib.

Digər rus mənbələrinə görə, Ukrayna qoşunları ümumilikdə 11 yaşayış məntəqəsini ələ keçirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar