Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cennifer mənzil dəyərində çantasına görə tənqid olundu - Video

Ben Afflekdən boşanmaq ərəfəsində olan 55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin İst-Hemptondakı dükanları gəzərkən çəkilmiş fotoları internet istifadəçilərinin narazılığına səbəb olub...

Poliqon Sfera.az-a istinadən xəbər verir ki, Ceniffer Lopez bahalı aksesuarları sevməsi ilə tanınır. Onun "Hermes" çantaları kolleksiyasına markanın ən bahalısı da daxildir ki, bu modelin qiyməti 432 min dollardır.

Gəzinti zamanı Lopez cins şalvar və ağ koftasını həsir sandalet və 70 min dollarlıq "Hermes Kelly" çantası ilə tamamlayıb.

Dəri əlavələri olan 25 sm hörmə piknik çantası marka tərəfindən 2011-ci ildə hazırlanmışdır. Bu modelin orijinal qiyməti məlum olmasa da, onlayn olaraq yenidən 70 min dollara satılır. Cenniferin fotosu yayılanda ispaniyalı teleaparıcı Jomari Qoizo İnstaqramda aksessuarın ağlasığmaz qiymətinin nümayiş olunduğu videonu paylaşıb. Bu, istifadəçilərin müğənnini kəskin tənqidinə səbəb olub.

Bəziləri onu "insanlar aclıqdan ölərkən" aksessuara bu qədər pul xərcləməkdə günahlandırarkən, bəziləri onun "illik maaşları" dəyərində olan bahalı bir şey almaqdan şoka düşdüklərini bildiriblər.

"70.000 dollar və burada insanlar aclıqdan ölür. Hamı dəli olub", "Bəzi uşaqların nahara pulu yoxdur",, "Mən müəlliməm, illik maaşımdan çoxdur", "Demək olar ki, evimin xərci qədərdir", "Məşhurların nə qədər pul xərcləməsi təəssüf doğurur, amma bu pulla insanlara kömək edə bilərdi və ya xeyriyyə təşkilatlarına yatıra bilərdi", "Onun bir çantaya bu qədər pul xərcləməsi o qədər iyrəncdir ki, bu ölkədə aclıqdan ölən nə qədər insan var."

Bəzi istifadəçilərin fikrincə, qiymətinə baxmayaraq, bu çanta daha çox nənələrin bazarda gəzdirdiyi səbətə bənzəyir.

Qeyd edək ki, Lopez bahalı aksesuarlarla ictimaiyyət qarşısına çıxmağı sevir və deyəsən "Hermes" çantalarının böyük pərəstişkarıdır. O, tez-tez müxtəlif "Hermes" çantaları ilə şəkil çəkdirir. Aprel ayında 432.000 dollara başa gələn çantasını nümayiş etdirib. Himalay timsah dərisindən hazırlanmış bu, markanın indiyə qədər satışa çıxarılan ən bahalı çantasıdır.

Son aylar isə JLo boşanmağa hazırlaşır. Mənbələrə görə, cütlüyün boşanma sənədləri tamamlanıb, lakin hələ təqdim edilməyib.

Ötən həftə məlum olub ki, Ben özünə 20,5 milyon dollara malikanə alıb. Bunun Cenifferin doğum günündə olması isə dostlarının dediyinə görə ona ox zərbəsi kimi dəyib.

Cütlük sonuncu dəfə martın 30-da birlikdə şəkil çəkdirib. O vaxtdan bəri yay tətilini də ayrı keçirirlər. Bu günlərdə Cennifer əsasən Şərq Sahilində, Ben isə Los-Ancelesdəki evdə qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay