Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev 11 sentyabr hücumçularının istintaqla sövdələşməsindən xəbərsiz olub

Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ prezident administrasiyası iyulun 31-dək 2001-ci il sentyabrın 11-də terror aktını törətməkdə təqsirləndirilən 3 nəfərin günahı etiraf etmək barədə sövdələşməsinə getdiyindən xəbərsiz olub...

Poliqon xəbər verir ki, bu barədə Fox News telakanalı məlumat yayıb.

Kirbi bu hərəkətlərin müstəqil hərbi istintaq orqanı tərəfindən təşkil edildiyini vurğulayıb. O, əlavə edib ki, ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandasına məsələni əlavə müzakirə etmək üçün Pentaqondakı şəxslər və liderlərlə əlaqə saxlamağa göstəriş verib.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da terror aktlarının təşkili ilə bağlı iş üzrə əsas təqsirləndirilən şəxs Xalid Şeyx Məhəmməd və onunla əlbir olan daha iki nəfər ABŞ hərbi prokurorları ilə sövdələşməyə gediblər. Bu barədə The New York Times qəzeti yazıb.

Bildirilir ki, onlar ölüm cəzası əvəzinə, ömürlük həbs cəzasına məhkum olunacaqlarına zəmanət müqabilində günahı etiraf etməyə razılaşıblar. Qeyd edilir ki, təqsirləndirilən şəxslər ittiham aktında sadalanan 2976 nəfərin qətli də daxil olmaqla, bütün ittihamlar üzrə təqsirli olduqlarını etiraf ediblər.

Xalid Şeyx Məhəmməd, Valid bin Attaş və Mustafa əl-Havsəvi 2023-cü ildən ABŞ-ın Kubadakı Quantanamo bazasında həbsdədirlər. Hazırda 59 yaşı olan Məhəmməd ABŞ-da təhsil almış mühəndisdir. İş materiallarına görə, təyyarələri qaçırıb binalara çırpmaq ideyasını məhz o verib.

Prokurorlar iddia edirlər ki, Məhəmməd hücum planını hazırlayıb və 1996-cı ildə "Əl-Qaidə" lideri Usamə bin Ladenə təqdim edib. Terror aktının icraçılarının hazırlanmasında da iştirak etdiyi iddia edilir.

Onu da qeyd edək ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" qruplaşmasının 19 terrorçusu ABŞ-da 4 sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, daha ikisi isə Vaşinqtona yönəldilib. Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları zamanı ümumilikdə 2 982 nəfər həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay