Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamaq qeyri-mümkün olacaq

Alimlər istilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamağın qeyri-mümkün olacağını proqnozlaşdırır

ABŞ-nin Perdyu Universitetinin alimləri müəyyən ediblər ki, bir neçə ildən sonra Qərbi Afrika, Cənubi Asiya və ABŞ-nin Orta Qərbi iqlim dəyişikliyi səbəbindən insan həyatı üçün təhlükəli vəziyyətə gələcək.

“Report” CNN-ə istinadən xəbər verir ki, alimlərdən ibarət tədqiqat qrupu Yerdəki iqlim dəyişikliyi və istilik dalğaları ilə bağlı məlumatlardan istifadə edərək modelləşdirmə həyata keçirib.

Alimlər belə qənaətə gəliblər ki, bəşəriyyət qarşıdakı illərdə havanın soyuyacağını gözləməməlidir. Temperatur tədricən artacaq və bu da artan rütubətlə birləşərək əksər insanlar üçün çətin və təhlükəli yaşayış şəraiti yaradacaq.

“Qərbi Afrika və Cənubi Asiyanın bəzi hissələri ən həssas bölgələr sırasındadır, çünki bu ərazilər sıx əhalisi və məhdud soyutma qabiliyyətinə malik olması ilə fərqlənir. ABŞ-nin bəzi hissələrində, o cümlədən Orta Qərb bölgəsində də yüksək rütubətli istilər yaşanacaq”, - tədqiqatçılar qeyd ediblər.

Alimlər əlavə edib ki, texnologiyaya çıxışı olan inkişaf etmiş ölkələrin sakinləri istilərə daha rahat tab gətirəcəklər, lakin bu da uzun sürməyəcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, istilər hazırda dünyada 489 illik ölümə səbəb olur. Lakin iqlim və sağlamlığın pisləşməsi arasında həmişə açıq-aşkar əlaqənin olmaması səbəbindən ölənlərin dəqiq sayı daha yüksək ola bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar