Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

26 iyun - Silahlı Qüvvələr Günündə Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq...

Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi qulluqçular iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

- Sumqayıt Dənizkənarı Bulvar ərazisi;

- Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektləri;

Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

- Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);

- Azneft dairəsindəki Dövlət Bayrağı Meydanı;

- Muzey Mərkəzi (Dənizkənarı Bulvar fontanının qarşısı);

- Zabitlər parkı;

- Koroğlu parkı;

- Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanı;

- Fəvvarələr meydanı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

Fələstin lideri Mahmud Abbas Rusiyaya səfər edəcək

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

ABŞ nüvə eskalasiyasına görə İrana qarşı yeni sanksiyalar tətbiq edib

Ən çox oxunanalar