Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifov: Enerji təhlükəsizliyi məsələsində Azərbaycan-ABŞ əməkdaşlığı nümunəvi xarakter daşıyır

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan və ABŞ arasında sıx əməkdaşlığı nümunəvi xarakter daşıyır...

APA xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Nazir bildirib ki, iki ölkə arasında münasibətlər sağlam bünövrəyə, sıx tərəfdaşlığa əsaslanır.

"Strateji xarakter alan münasibətlərimiz güclü ticarət tərəfdaşlığına da təkan verməlidir. Azərbaycan hökuməti olaraq COP29-da verilən dəstəyə görə ABŞ-yə təşəkkür edirik. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan hesab edir ki, dünyanın aparıcı iqtisadiyyatına sahib ABŞ COP29-un qarşıya qoyduğu məqsədlərin reallaşmasına xüsusilə də maliyyə çağırışlarının həllinə olduqca yüksək töhfə verə bilər", - nazir vurğulayıb.

Nazir onu da əlavə edib ki, qlobal çağırışlatəra cavab verən, beynəlxalq təhlükəsizliyin təmin olunmasına və terrorizmə qarşı mübarizədə uzumüddətdən bəri davam edən birgə fəaliyyət məmnunluq doğurur.

"Biz eyni zamanda Prezident Baydenin Azərbaycanın Cənubi Qafqazda davamlı və dayanıqlı sülh addımlarına verdiyi dəstəyi yüksək qiymətləndiririk. Yekun sülh sazişinin imzalanmasına yönələn səylərimizi davam etdirməklə sülhə istəkli olduğumuzu nümayiş etdiririk. Azərbaycan Cənubi Qafqazda sülh istəyir, sülh yalnız AzərbaycanErmənistan arasında nomallşma vasitəsilə mümkündür. Azərbaycanın regionda aparıcı rol oynamasının ABŞ tərəfindən tanınması şübhəsiz ki, ölkələrimiz arasında əlaqələrin strateji baxımdan dərinləşməsinə töhfəsini verir", - nazir qeyd edib.

Poliqon.info


Etiket: Samir Şərifov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar