Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Albaniyanın xarici işlər nazirinin müavini Azərbaycanda səfir ola bilər

Bu gün Albaniya Parlamentinin Xarici Siyasət Komissiyasında Albaniyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan hazırda bu ölkənin xarici işlər nazirinin müavini vəzifəsində çalışan Besart Kadia ilə bağlı dinləmələr keçirilib...

“Report” bu barədə Albaniya Teleqraf Agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, B.Kadia komissiya üzvləri qarşısında çıxışında iki ölkə arasındakı əlaqələrə diqqət çəkib, diplomatik əlaqələrin 1990-cı illərin əvvəllərində yarandığını xatırladıb.

“Bu illər ərzində ikitərəfli əməkdaşlıq genişlənib, iqtisadi əlaqələrə xüsusi diqqət yetirilib. Enerji sektoru ümumi maraqların əsas istiqamətinə çevrilib. Cəmi bir il əvvəl biz Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu üç onillikdə biz sübut etdik ki, iki ölkə arasında münasibətlər möhkəm qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq əsasında qurulub”, - o vurğulayıb.

B.Kadiya Azərbaycanla enerji sektorunda iqtisadi əməkdaşlığın əhəmiyyətini də vurğulayıb və bunu ikitərəfli münasibətlərin ən mühüm aspektlərindən biri adlandırıb:

“TAP seqmentini də əhatə edən “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanı bir neçə ölkə, o cümlədən Albaniya vasitəsilə İtaliya ilə birləşdirən strateji layihədir. Qaz kəmərinin bizim ərazimizdən keçməsinə baxmayaraq, indiyədək Albaniya bu layihə vasitəsilə təbii qaz almayıb. Məqsədimiz Albaniyanın bu qaz layihəsindən benefisiar olmasıdır”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

Fələstin lideri Mahmud Abbas Rusiyaya səfər edəcək

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

ABŞ nüvə eskalasiyasına görə İrana qarşı yeni sanksiyalar tətbiq edib

Ən çox oxunanalar