Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan DİN "Vahid Milli Hərəkat" Partiyasının ofisinə hücumla bağlı cinayət işi qaldırıb

Gürcüstan polisi müxalif "Vahid Milli Hərəkat" Partiyasının Tbilisidəki mərkəzi ofisinə hücumla bağlı istintaqa başlayıb...

"Report" “News Georgia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət işi əmlakın zədələnməsi və ya məhv edilməsi (Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi) maddəsi ilə açılıb. Şübhəlilərin həbsi barədə hələlik məlumat verilmir.

Müxalifət partiyası qaldırılan maddə ilə razılaşmır. Onlar hesab edirlər ki, istintaq sabit silahlı qrup yaratmaq və ya ona rəhbərlik etmə (12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası) və ya qrup şəklində zorakılığın təşkili (7 ilədək həbs) maddəsi ilə davam etdirilməlidir.

Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisinə hücum edilib. Hücumda 100-ə yaxın adam iştirak edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar