Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orqanizmi qalxan kimi qoruyan təbii antibiotiklər

Antibiotiklər bu gün ən çox təyin olunan dərmanlardan birinə çevrilib. Bununla belə, həzm sistemini poza bilən antibiotiklər şüursuz şəkildə istifadə edildikdə insanı hər cür infeksiyaya qarşı müdafiəsiz qoya bilər.

Ona görə də bədəni gücləndirmək üçün təbii antibiotiklərə üstünlük verənlərin sayı günü-gündən artır.

Milli.Az medicina.az-a istinadən ən təsirli təbii antibiotikləri təqdim edir

1. Sarımsaq

Sarımsaq min illərdir ki, tibbdə istifadə olunur. 1700-cü illərdə vəbadan qorunmaq üçün istifadə edilib.

Sarımsaq güclü antibiotik, antiviral, antifungal və antimikrobiyal xüsusiyyətlərə malikdir. Sərbəst radikalları məhv edən, güclü immunitet sistemini dəstəkləyən təbii antioksidantlarla da zəngindir.
Sarımsağın tərkibindəki aktiv tərkib hissəsi olan allisin zərərli bakteriyaları öldürmək və onları dəf etmək üçün əsas tərkib hissəsidir.

Bu birləşmələri aktivləşdirmək üçün sarımsağı əzərək və çiy halda istifadə edin.

2. Kəklikotu yağı

Bu yağ faydalı bakteriyalara zərər vermədən yalnız zərərli bakteriyalarla məşğul olur.

O, həmçinin antiviral və antifungaldır. Antibiotik müqavimətini artırmır, üstəlik dərmanlarla rəqabət aparacaq qədər güclüdür.
Bu yağdakı əsas antimikrobiyal komponent karvakroldur.

Effektiv olması üçün yağın ən azı 70 faiz karvakrol ehtiva etdiyindən əmin olun.

3. Ekinezya

Bu bitki yüzlərlə ildir ki, müxtəlif infeksiyaların müalicəsində istifadə olunur. Açıq yaraların, difteriyanın, qan zəhərlənməsinin və bakterial mənşəli digər xəstəliklərin müalicəsində istifadə olunurdu.

Hazırda isə ölümcül MRSA-ya səbəb olan "stafilokok aureus" kimi ən təhlükəli bakteriya növlərini məhv etmək qabiliyyətinə görə daha çox soyuqdəymə və qrip üçün istifadə olunur.

4. Manuka balı

Manuka balı yerli olaraq tətbiq edildikdə, MRSA və ət yeyən bakteriyalar da daxil olmaqla geniş spektrli patogenləri öldürə bilər.
Bu balla müalicə tətbiq olunduqda bakteriyaların heç bir müqavimət göstərə bilmədiyi elmi araşdırmalarla təsdiqini tapıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ən çox oxunanalar