Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Azərbaycanla yeni Çərçivə sazişinin istiqamətini müəyyənləşdirmək üzərində işləyir

BMT Azərbaycanla 2026-2030-cu illər üçün yeni Çərçivə sazişi istiqamətini müəyyənləşdirmək üzərində işləyir...

Bunu "Report"a müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“2021-2025-ci illəri əhatə edən proqramın dördüncü ilində olduğumuz üçün bu il fəaliyyətimizi müstəqil qiymətləndirmək, qarşımıza qoyduğumuz nəticələrə nail olub-olmadığımızı, nəyin yaxşı getdiyini və harada daha yaxşı edə biləcəyimizi müəyyən etmək üçün xarici qiymətləndirmə aparırıq. Ən əsası, hökumət və digər maraqlı tərəflərlə birlikdə 2025-ci ildə növbəti Əməkdaşlıq Çərçivəsini hazırlayarkən hansı tövsiyələri nəzərə almalıyıq”, - o bildirib.

V.Andreyevanın sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan ilə BMT arasında əməkdaşlığın strateji istiqamətləri dəyişilib. Yardımlara əsaslanan əməkdaşlıqdan tərəfdaşlığa əsaslanan əməkdaşlığa keçilib:

AzərbaycanBMT arasında DİM (Dayanıqlı İnkişaf Məqsədləri) irəlilədilməsi üçün tərəfdaşlığı müəyyən edən hazırkı BMT-Azərbaycan Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinə uyğun olaraq, biz hökumətlə aşağıdakı istiqamətlərdə işləyirik: həssaslığı azaldan və dayanıqlığı artıran inklüziv qrupların təşviqi, dövlət və sosial xidmətlərin təkmilləşdirilməsi üçün daha güclü institutların yaradılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli, qadınların və qızların səlahiyyətlərinin artırılması”.

O qeyd edib ki, 11-i Azərbaycanda yerləşən BMT-nin ümumilikdə 18 agentliyi, fond və proqramı milli inkişaf prioritetlərinə dəstək məqsədilə bu prioritet sahələrdə proqramlar həyata keçirir.

Poliqon.info


Etiket: BMT Azərbaycan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay