Ermənistanda Arxiyepiskop Baqrat Qalstanyanın xahişi ilə katolikos II Karekin onu kilsədən və inzibati xidmətdən azad edib...
Poliqon xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin mətbuat xidmətinin bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, hazırda Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keçmiş rəhbəri olan Qalstanyan "Vətən naminə Tavuş" hərəkatına rəhbərlik etdiyi fəaliyyəti, eləcə də xalq etiraz hərəkatında iştirakı ilə əlaqədar kilsə fəaliyyətini dayandırmaq barədə vəsatət qaldırıb.
Eçmiadzinin Ana taxt-tacı ərizəni nəzərdən keçirərək arxiyepiskopu xidmətdən azad edib, lakin onun yepiskop rütbəsini saxlayıb.
Xatırladaq ki, Qalstanyan bu gün səhər saatlarında başlayan etiraz yürüşləri zamanı bu barədə özü məlumat verib. Xüsusilə, Qalstanyan bildirib ki, o, "artıq Tavuş yeparxiyasında deyil, arxiyepiskop olmaqda davam edir".
Poliqon.info