Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Nümayəndəliyi: Aİ Rusiya aktivlərini geri qaytarmağa məcbur olacaq...

Rusiyanın Avropa İttifaqındakı Nümayəndəliyinin mətbuat xidməti dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək məqsədilə istifadə edilməsinə icazə verən Aİ Şurasının son qərarını şərh edib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya nümayəndəliyinin Telegram kanalında bildirilib. Diplomatik nümayəndəlik Aİ-nin qərarını oğurluq adlandırıb və qeyd edib ki, gec-tez Avropa İttifaqı bütün aktivlərini Rusiyaya qaytarmalı olacaq.

“Yaradılan presedentin nəticələri, o cümlədən avrozona, bloka üzv ölkələrin iqtisadiyyatları və investisiya mühiti üçün mütləq gözlənilməz olacaq. Yalnız bir şeyi proqnozlaşdırmaq olar - gec-tez Aİ üzvləri oğurlananları ölkəmizə qaytarmağa məcbur olacaqlar”, deyə Rusiya nümayəndəliyinin bəyanatında deyilir.

Diplomatik missiya əlavə edib ki, bu qərarla Brüssel oğurluğu öz xarici siyasətinin alətləri səviyyəsinə qaldırıb.

Xatırladaq ki, Rusiya Bankının Aİ ölkələrində dondurulmuş aktivlərinin vəsaitləri 2024-cü ilin iyul ayından etibarən Ukraynaya göndəriləcək. Bunu Avropa Komissiyası açıqlayıb. 2024-cü ildə əldə edilən mənfəətin 90%-nin Avropa Sülh Fondu vasitəsilə hərbi yardımın çatdırılmasına yönəldilməsi planlaşdırılır. 2024-cü ildə Ukrayna bu vəsaitdən 3 milyard avro ala bilər.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra Avropa İttifaqı və G7 ölkələri Rusiya Bankının nağd pul və qiymətli kağızlar şəklində təxminən 280 milyard dollar aktivlərini dondurub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay