Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev: ABŞ Qəzzada kütləvi məzarlıqlarla bağlı İsraildən cavab gözləyir...

ABŞ səlahiyyətliləri Qəzza zolağında “Əl-Şifa” və “Nasser” xəstəxanalarının ərazilərində tapılan kütləvi məzarlarla bağlı İsraildən cavab və izahat gözləyir...

Poliqon France Press Agentliyinə istinadən xəbər verir ki, bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Sallivanın sözlərinə görə, ABŞ təhqiqat aparılmasının zəruriliyi ilə razıdır.

“Bizim cavablara ehtiyacımız var. Biz hərtərəfli araşdırma aparacağıqk”, deyə Sallivan brifinqdə bildirib . ABŞ prezidentinin müşaviri əlavə edib ki, Ağ Ev bu məsələdə İsraillə əlaqə saxlayır.

Qeyd edək ki, İsrail hərbçilərinin iddia edir ki, “Əl-Şifa” və “Nasser” xəstəxanaları fələstinli yaraqlılar tərəfindən komanda mərkəzləri kimi istifadə edilib və buna görə də xəstəxanaların ərazisində onların məhv edilməsi və şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat keçirilib. İsrail ordusu “Nasser” xəstəxanasını fevralda, “Əl-Şifa”nı isə aprelin əvvəllərində tərk edib.

Ötən həftə sonu Fələstinin fövqəladə hallar xidmətləri Xan Yunisdəki “Nasser” səhiyyə kompleksində 283 cəsədin olduğu kütləvi məzarlıq aşkar etdiklərini bildirib. İsrail ordusu izah edib ki, fələstinlilər arasında girovların olub-olmadığını müəyyən etmək üçün basdırılan cəsədlərin eksqumasiyası aparılıb. Bir neçə gün əvvəl “Əl-Şifa” xəstəxana kompleksinin yaxınlığında 380-dən çox cəsəd tapılıb. Bununla bağlı BMT beynəlxalq araşdırma tələb edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar