Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaya Kallas xəbərdarlıq edib: Estoniya BVF-nin birbaşa nəzarəti altına düşə bilər...

Estoniyanın baş naziri Kaya Kallas mövcud hökumət əleyhdarlarını vergiləri artırmaqla dövlət büdcəsini tarazlaşdırmağın zəruriliyini başa düşmədiklərinə görə tənqid edib...

Poliqon xəbər verir ki, bu barədə hökumət başçısı Estoniyanın "Vikerraadio" radiosunun efirində danışıb.Baş nazir qeyd edib ki, ona vergiləri artırmağa icazə verilməsə, ölkə BVF-nin birbaşa nəzarəti altına düşə bilər.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Estoniyanın büdcə kəsiri ÜDM-in 3,5%-i və ya 1,3 milyard avro təşkil edib, 2024-cü ildə isə bu rəqəm ÜDM-in 5,3%-i və ya 2,2 milyard avro olacaq.

Kallas ölkə iqtisadiyyatındakı vəziyyəti dəhşətli adlandıraraq, mövcud vəziyyətə görə məsuliyyətin böyük hissəsinin sələflərinin üzərində olduğunu bildirib.

"Həqiqət budur ki, vəziyyət ağır olaraq qalır və sərt qərarlar qəbul edilməkdə davam etməli olacağıq. Əks halda Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ölkəyə daha da sərt tələblərlə gələ bilər. ", deyə Kallas xəbərdarlıq edib.

Estoniya iqtisadiyyatı ardıcıl altı rübdür ki, uzunmüddətli tənəzzüldədir. 2022-ci ildə ÜDM cari qiymətlərlə 3% azalaraq 38 milyard avroya düşüb. Səbəblər Rusiya Federasiyası ilə əlaqələrin kəsilməsi fonunda Rusiyanın enerji resurslarından imtina nəticəsində enerji istehsalının 1/4 azalması, sənayenin 25%, nəqliyyat və logistika sektorunun isə 25% geriləməsi olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar