Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən ay dünyada ən isti mart kimi qeydə alınıb...

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi ilə aparılmış ölçmələrə görə, keçən ay qlobal miqyasda qeydə alınan ən isti mart ayı olub...

Poliqon xəbər verir ki, Kopernik tərəfindən verilən açıqlamada keçən ayın orta səth hava istiliyinin 14,14 dərəcə olaraq ölçüldüyü bildirilib.

Qeyd edilir ki, bu ölçü 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti mart ayından isə 0,10 dərəcə yuxarı olub.

Açıqlamada ötən ayın dünyada indiyə qədər qeydə alınan ən isti mart və son 10 ayın ardıcıl olaraq qeydə alınan ən isti ay olduğu qeyd edilib. Bildirilib ki, son 12 ayda (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə yüksək olub.

Kopernikdən verilən məlumata görə, 2024-cü ilin martında Avropada orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 2,12 dərəcə yüksək olub. Əsasən mərkəzi və şərq rayonlarında havanın temperaturu iqlim normasından yüksək qeydə alınıb.

Avropadan kənarda Şimali Amerikanın şərqində, Qrenlandiyanın şərqində, Rusiyanın şərqində, Mərkəzi Amerikada, Cənubi Amerikanın bəzi hissələrində, Afrikanın bir çox yerlərində, Avstraliyanın cənubunda və Antarktidanın bəzi hissələrində temperatur orta səviyyədən yuxarı qeydə alınıb.

"İstiləşmənin dayandırılması istixana qazları emissiyalarının sürətlə azaldılmasını tələb edir", deyən Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burgess xəbərdarlıq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Ən çox oxunanalar