Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən yaşlı kişisi 115 yaşında vəfat edib

Dünyanın ən yaşlı kişisi, Venesuela sakini Xuan Visente Peres Mora 115 yaşında vəfat edib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro "X" səhifəsində bildirib.

O, Xuan Visente Peres Moranın ailəsinə başsağlığı verib.

Bildirilib ki, ən yaşlı adam 114 il 339 gün yaşayıb. O, 115-ci yaşında tənəffüs yollarında ağırlaşma səbəbindən ölüb. Peres Mora uzunömürlülüyünü daimi iş, yaxşı istirahət, erkən yuxu və gündəlik bir stəkan brendi ilə əlaqələndirirmiş.

Məlumata görə, uzunömürlü yaxşı yeyib, dua edib, su içib və tez yatıb.

Peres Mora 1909-cu il mayın 27-də Venesuelanın El Kobre şəhərində doğulub. O, ailədə 10 uşaqdan 9-cusu olub. Ən uzunömürlü kişinin 11 uşağı var. Qəzetin qeyd etdiyi kimi, Peres Mora bu yaxınlarda San Xose de Bolivarda bir fermada yaşayırmış.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar