Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT rəsmisi: Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır

Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır...

"Report" xəbər verir ki, bunu BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun altıncı panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sağlamlıq hər kəsin hüququdur: "Bu, insanların hüquqlarından biridir. Sağlamlığın təminatı hər kəs üçün əlçatan olmalıdır. Bu gün dünyada 4 min qadın İİV/QİÇS-ə yoluxur. Hər dəqiqə bir qadın bu xəstəlikdən ölür. Azərbaycan isə yoluxmaların qarşını alır, ölümlərin sayını azaldır. Bu da təqdirəlayiq haldır. Ümumiyyətlə, gələcək pandemiyaların qarşısını almaq lazımdır".

BMT rəsmisi bildirib ki, cinsi zorakılığa qarşı mübarizə də güclənməlidir: "Bu məsələdə ayrı-seçkiliyə yol verilməməlidir. Biz hər bir insana fərd kimi yanaşmalıyıq. Hər bir şəxs tibbi xidmətlərdən yararlanmalıdır. Təəssüf ki, əsas problemlərdən biri tibbi ləvazimatlara əlçatanlıqla bağlıdır. Bu problem Şərqdə daha çox yayılıb. Çünki dərmanlar həyatı xilas edən vasitədir. Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin dərmanlara çıxışını təmin etməlidir. Dərmanlar ədalətli qiymətə satılmalıdır. Bu, dünya maliyyə bazarında düzgün tənzimlənməlidir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar