Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın 12 ildən sonra İraqa səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyi Ərdoğanın 12 ildən sonra İraqa ilk səfərinə hazırlıqlarını açıqlayıb...

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə prezident Rəcəb Tayyib Ərdoğanın İraqa gözlənilən səfərini müzakirə edir.

Poliqon xəbər verir ki, bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız məlumat verib.

“Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcək və ikitərəfli əlaqələri müzakirə edəcəyik. Biz yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik”, deyə TRT telekanalı Yıldızın sözlərindən sitat gətirib. Diplomat qeyd edib ki, söhbət Ərdoğanın aprelin sonuna qədər İraqa səfərindən gedir.

“Plana əsasən, səfər aprelin sonuna qədər baş tutacaq. Sonuncu dəfə prezidentimiz, o vaxt Baş nazir olaraq İraqa 2012-ci ildə səfər etmişdi. O vaxtdan bəri İraq rəhbərliyinin Ankaraya səfərləri olub, amma dövlət səviyyəsində deyil. İndi belə bir səfərin vaxtı çatıb”, deyə Yıldız bildirib.

Qeyd edək ki, Ərdoğanın Bağdada səfəri İraqın şimalında yeni sərhədyanı hərbi əməliyyat ehtimalı ilə bağlı Ankaranın sərt ritorikasının fonunda baş verir. Türkiyə liderinin özü daha əvvəl bəyan etmişdi ki, bu yay İraqla sərhəd təhlükəsizliyi məsələsi həll olunacaq. Ehtimal olunur ki, əməliyyatın məqsədi İraqın şimal rayonlarını 40 km dərinliyə qədər Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarından təmizləmək olacaq. İraq rəhbərliyinin Türkiyəyə müəyyən dəstək verməyə razı olduğu iddia edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay