Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Avropa milli azlıqlara münasibət sahəsində Azərbaycandan nümunə götürməlidir"

"Avropanın bir çox ölkəsində müsəlmanlara təhdid mənbəyi kimi yanaşırlar".

Poliqon xəbər verir ki, bunu Pakistan Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

O bildirib ki, milli azlıqların Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması müsbət nümunədir: "Avropa da bu nümunədən yaxşı bəhrələnə bilər. Bu gün Avropada mədəni gərginlik amili geniş yayılıb. Həmçinin müsəlman icmalarına qarşı sərt addımların atılmasını şahidi oluruq. Müsəlmanları kənardan gələnlər sayırlar".

Əhsən Həmid vurğulayıb ki, Qərb mediası bu məsələyə qərəzli yanaşması ilə seçilir: "Belə ki, sağ mərkəzi təmsil edən siyasətçilər müsəlmanlar barədə qərəzli fikirlər səsləndirir və bu mediada geniş yayılır. Avropa qanunvericiliyi də müsəlmanlara qarşı yönəlib. Bir çox məscidlər fəaliyyətini dayandırır. Gərgin münasibətlər fonunda ekstremist hallar geniş vüsət alır".

Pakistanlı ekspert söyləyib ki, islamofobiya halları ilə bağlı dolğun və reallığı tam əks etdirən hesabatlar hazırlanmır: "Avropada artan ayrı-seçkilik müsəlmanların hüquqlarını məhdudlaşdırır və onları təcrid edir. Problemin köklü səbəbləri araşdırmalıyıq, dinlərarası dialoqu dünyada lazımi səviyyədə təbliğ etməliyik".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay