Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sloveniya XİN başçısı: Rusiya ilə NATO arasında müharibə başlaya bilər    

Rusiya ilə NATO arasında müharibə başlaya bilər...

“Report” xəbər verir ki, bunu Sloveniyanın baş nazirinin müavini və xarici işlər naziri Tanya Fajon “Ukrinform”a müsahibəsində deyib.

O bu barədə səslənən iddialarla razılaşdığını bildirib: “Rusiyanın Ukraynaya hücumunun qonşu ölkələrə yayıla biləcəyi ilə bağlı narahatlığı bölüşürəm. Ona görə də biz sülhü təmin etmək üçün əlimizdən gələni edirik”.

Nazirin sözlərinə görə, Ukraynadakı müharibənin siyasi həllinin tapılması üçün hər cür səyləri ortaya qoymaq lazımdır.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır. Litva XİN başçısı Qabrielius Landsbergis da Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib. Artıq Rəsmi Moskva da NATO ilə birbaşa toqquşma barədə xəbərdarlıq edib.

Poliqon.info


Etiket: Rusiya NATO


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - Yenilənib

Ən çox oxunanalar