Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro Argentina prezidentini təyyarə oğurlayan dəli quldur adlandırıb

Venesuela prezidenti Nikolas Maduro argentinalı həmkarı Xavyer Mileyi Venesuela təyyarəsini oğurlayan "dəli quldur" adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə VTV kanalı məlumat yayıb.

ABŞ-ın tələbi ilə ələ keçirilən "Boeing" yük təyyarəsi gizli şəkildə Floridaya aparıldıqdan sonra Maduro "Onlar "Emtrasur" təyyarəsini, quldur Miley Venesuela təyyarəsini oğurladılar" deyib. O, həmçinin qeyd edib ki, Miley ya dəli kimi görünür, ya da əslində dəlidir.

2022-ci ildə bir Venesuela şirkətinin təyyarəsi yanacaq doldurmaq üçün yerə endikdən sonra Argentinada saxlanılıb. Buna səbəb təyyarənin vaxtilə Amerika sanksiyaları altında olan İranın "Mahan Air" aviaşirkətindən alındığı üçün onun həbsini tələb edən ABŞ-ın mövqeyi olub.

Venesuela hökuməti ABŞ və Argentina hakimiyyətini "Boeing 747-300" təyyarəsini "oğurlamaqda" ittiham edib. Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun sözlərinə görə, ABŞ və Argentina mülki aeronavtikanı tənzimləyən bütün normaları kobud şəkildə pozub.

Xarici işlər naziri Venesuelanın təyyarənin "oğurlanmasına" qəti, birbaşa və mütənasib cavab veriləcəyini vurğulayıb. Bu məqsədlə Karakas milli konstitusiya, diplomatiya və beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə edəcək və təyyarənin qanuni sahibinə qaytarılmasına nail olacaq.

Yanvarın 4-də Argentina məhkəməsi ABŞ-ın xeyrinə Venesueladan gələn təyyarənin müsadirə edilməsinə qərar verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar