Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afiyəddin Cəlilov xəstəxanaya yerləşdirilibsə, yeni videoları necə yayır? - DİN-dən açıqlama

Sosial şəbəkələrdə “Jalilov” profili üzərindən qalmaqallı paylaşımlar edən yeniyetmənin psixatriya xəstəxanasına yerləşdirildiyi açıqlansa da, onun küçədə gəzdiyi əks olunan videolar yayılır...

İddia olunur ki, yeniyetmə Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilsə də, orada çox qalmayıb.

Poliqon xəbər verir ki, sosial şəbəkələrdə TikTokerin yeni videoları yayılıb. Həmin videonun dünən (yanvarın 30-da) günorta saatlarında çəkildiyi bildirilir. Həmçinin yeniyetmənin “canlı” açması iddiası da var. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdi olan tiktoker məşhur ailədəndir – Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsidir. Elə mərhum babası Afiyəddin Cəlilovun adını da daşıyır. Bu məqam Tiktokda eybəcər davranışlı yeniyetmə ilə bağlı müzakirələri bir qədər də qızışdırıb. Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb. 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu Zərifə Mahmudova modern.az-a deyib ki, yeniyetmə “TikTok”un qurbanıdır:

“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!”.

Musavat.com əməkdaşı yeniyetmənin yerləşdirildiyi bildirilən xəstəxananın baş həkimi İlqar Əfəndiyevlə əlaqə saxlamağa çalışıb. Əməkdaşımıza bildirilib ki, baş həkim redaksiyamızla əlaqə saxlayacaq. İlqar Əfəndiyev münaisbət bildirəcəyi təqdirdə təqdim edəcəyik.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev yeniyetmənin xəstəxanadan buraxılması barədə iddialara cavab olaraq cebhe.info-ya bildirib ki, sosial şəbəkələrdə yeni adı ilə paylaşılan görüntülər köhnədir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar