Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Si Tsinpin Tayvanın vətənpərvər qüvvələrini gücləndirməyə çağırıb

Çin Xalq Respublikasının sədri, hakim Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin Tayvanın vətənpərvər qüvvələrini gücləndirməyə və adanın müstəqilliyini müdafiə edən separatçılara qarşı mübarizəni davam etdirməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Si Tsinpinin “Tsyuşi” partiya jurnalında dərc olunan vətənpərvər birləşmiş cəbhənin vəzifələri haqqında məqaləsində deyilir.

"Yeni dövrdə Tayvan problemini həll etmək üçün partiyanın ümumi strategiyasını həyata keçirin, Tayvanı birləşdirməyə yönəlmiş geniş vətənpərvər qüvvələri inkişaf etdirin və gücləndirin, Tayvanın müstəqilliyi üçün separatçı hərəkətlərə qarşı çıxın və vətənin tamamilə yenidən birləşməsini təşviq edin”, deyə Çin Kommunist Partiyasının Baş katibi yazır.

Çin lideri seçkilərdən sonra Tayvanda rəhbərlik üçün işləmək vəzifələrini də müəyyənləşdirib.

Si Tsinpin Tayvanlı həmvətənləri və xarici ölkələrdəki Çin diasporu ilə işləmək üçün “Çin arzusuna diqqət yetirməyə” və xarici çinliləri, onların ailələrini vətənin modernləşdirilməsinə və sülh yolu ilə birləşmənin böyük işinə həsr etməyə kömək etməyə çağırıb.

Qeyd edək ki, Tayvanda yanvarın 14-də yerli administrasiya rəhbəri və Qanunverici Yuan (Parlament) deputatları üçün seçkilər keçirilib. Qələbəni administrasiya rəhbərinin hazırkı müavini, Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Tsinde (40,05% səslə) qazanıb. Müxalifət məğlubiyyətini etiraf edib.

Xatırladaq ki, Tayvan 1949-cu ildən, Çan Kay-şi (1887-1975) başçılıq etdiyi “Qomindana” qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olaraq adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Tayvan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Pekinin mövqeyinə görə, bu, ÇXR-in əyalətlərindən biridir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay