Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp rəqiblərindən qisas almayacaq: Buna vaxtım olmayacaq...

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, prezident seçkilərində qalib gələrsə, qisas almayacaq və siyasi rəqiblərini təqib etməyəcək...

Poliqon xəbər verir ki, bu barədə siyasətçi Fox News telekanalına müsahibəsində bildirib. Trampın sözlərinə görə, onun qisas almağa vaxtı olmayacaq.

"Biz bu ölkəni yenidən uğurlu edəcəyik. Mənim qisas almağa vaxtım olmayacaq", deyə ABŞ-ın keçmiş prezidenti bildirib.

Sabiq prezidentin sözlərinə görə, son qisas ABŞ-ın uğuru olacaq: "Heç bir qisas olmayacaq. Əvəzində uğur da olacaq".

Bundan əvvəl Florida qubernatoru və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Ron DeSantis xəbərdarlıq etmişdi ki, Donald Tramp Ağ Evə qayıtsa, hakimiyyətdən siyasi rəqiblərinə qarşı istifadə edəcək. ABŞ-ın keçmiş baş prokuroru Bill Barr xəbərdarlıq edib ki, Tramp Ağ Evə qayıtsa, onun prezidentliyi məhsuldar olmayacaq, çünki demokratlara qarşı siyasi qisas almağa diqqət yetirəcək.

Qeyd edək ki, bu il ABŞ-da keçiriləcək prezident seçkilərində mübarizə aparacaq əsas namizədlərin kimliyi hələlik rəsmiləşməsə də, mübarizənin hazırkı prezident Co Bayden və sabiq dövlət başçısı Donald Tramp arasında gedəcəyi gözlənilir. Bayden dəfələrlə Trampı demokratiya üçün təhlükə adlandırıb və onun hakimiyyətə qayıdacağı halda siyasi rəqiblərindən qisas alacağını iddia edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Ən çox oxunanalar