Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın vasitəçiliyinin aktivləşməsi sülh prosesinə müsbət təsir edərmi?

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Azərbaycan və Ermənistanın ən qısa müddətdə sülh müqaviləsi bağlaması mümkündür...

Politoloq: “Əslində üç və daha çox tərəfli görüşlərdən daha çox, ikitərəfi görüşlərə ehtiyac var. Çünki öz geosiyasi maraqlarından çıxış edən vasitəçilər prosesə xeyir verməkdən daha çox ziyan vururlar”.

“Mətbuata sızan məlumata görə dünən İlham Əliyevin Sankt-Peterburqda Paşinyanla təkbətək görüşü olub. Yəni Putin onların görüşündə vasitəçi kimi iştirak etməyib”.

Bu sözləri politoloq Qabil Hüseynli Peskovun Azərbaycan-Ermənistan sülhü ilə bağlı dediyi fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, AzərbaycanErmənistanın ən qısa müddətdə sülh müqaviləsi bağlaması mümkündür və Rusiya bunun üçün hər şeyi edir.

AzərbaycanErmənistan liderlərinin Sankt-Peterburqda bir yerdə olması Rusiyanın vasitəçiliyini yenidən aktivləşdirib? Rusiyanın vasitəçiliyinin aktivləşməsi sülh prosesinə müsbət təsir edəcəkmi?

Rusiyanın Azərbaycan-Ermənistan arasında gözlənilən sülhdə rolunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Peskov bununla Rusiya prezidenti Putinin vasitəçilik səylərini qabartmağa çalışıb”.

Peskovun mətbuata verdiyi açıqlamanın hələ real həqiqətləri əks etdirmədiyini düşünən politoloq Poliqon-a bildirib ki, bu məsələni müəyyən qədər gözləmək lazım gələcək:

“Bu məsələ şübhəli məsələdir. Yəni Peskovun sözləri hər şeyi adekvat əks etdirir, ya etdirmir, sualına cavab verərdim ki, bu məsələ axıra qədər aydınlaşıdırılmalıdır. Çünki üçüncü bir dövlətin prezidentinin mətbuat katibinin sözlərini quran ayəsi kimi qəbul etməyə ehtiyac yoxdur. Bilirəm ki, bu məsələdə, yəni sülh danışıqlarında hələ ciddi problemlər var. Bir neçə ciddi məsələ var ki, onların razılaşdırılması məncə vaxt aparacaq.

Əslində Peskov bununla Rusiya prezidenti Putinin vasitəçilik səylərini qabartmağa çalışıb. Bu da başa düşüləndir. Çünki istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva öz vasitəçilik missiyalarını şişirtməyə gözə soxmağa çalışırlar. Ona görə də, düşünürəm ki, Peskovun mətbuata verdiyi açıqlama hələ real həqiqətləri əks etdirmir. Bu məsələni müəyyən qədər gözləmək lazım gələcək.

Qabil Hüseynli: “Hazırda istər Vaşinqton, istər Moskva, istərsə də Brüssel özlərinin vasitəçi qılıfı ilə prosesə ancaq ziyan verirlər və mən Rusiyanın da vasitəçiliyinin aktivləşməsində xeyirli heç bir şey görmürəm”.

Mətbuata sızan məlumata görə dünən İlham Əliyevin Sankt-Peterburqda Paşinyanla təkbətək görüşü olub. Yəni Putin onların görüşündə vasitəçi kimi iştirak etməyib. Sadəcə görüşdən əvvəl AzərbaycanErmənistan lideri ilə söhbət edib. Əslində üç və daha çox tərəfli görüşlərdən daha çox, ikitərəfi görüşlərə ehtiyac var. Çünki öz geosiyasi maraqlarından çıxış edən vasitəçilər prosesə xeyir verməkdən daha çox ziyan vururlar. Bunu da görünür ki, AzərbaycanErmənistan liderləri çox yaxşı başa düşür və buna görə də prosesi ikili görüşlərlə yürütməyə üstünlük verirlər.

Bu baxımdan mən düşünürəm ki, hazırda istər Vaşinqton, istər Moskva, istərsə də Brüssel özlərinin vasitəçi qılıfı ilə prosesə ancaq ziyan verirlər və mən Rusiyanın da vasitəçiliyinin aktivləşməsində xeyirli heç bir şey görmürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay