Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentinada yüksək inflyasiya səbəbindən yeni əskinaslar dövriyyəyə buraxacaq

Prezident Miley yüksək inflyasiya fonunda Argentinada yeni əskinaslar buraxacağını açıqlayıb...

Argentina prezidenti Xavyer Miley ölkədəki yüksək inflyasiya fonunda 20 və 50 min peso nominalında yeni əskinasların dövriyyəyə buraxıldığını açıqlayıb.

Poliqon xəbər verir ki, prezident bu barədə “La Nación” qəzetinə müsahibəsində məlumat verib. Miley qeyd edib ki, əskinaslarla bağlı mövcud vəziyyət əsl işgəncədir, çünki nağd ödənişlər etmək üçün çoxlu sayda əskinas gəzdirmək lazımdır.

Hazırda Argentinada ən böyük əskinas 2 min peso nominalına malikdir ki, bu da iki kiloqramdan az şəkər və ya düyü almağa imkan verir. Halbuki iki min peso kafedə bir fincan kofe və bir çörək belə ödəməyə kifayət etmir.

Miley qeyd edib ki, ölkədə vəziyyəti yaxşılaşdırmaq və nağd əməliyyatları asanlaşdırmaq üçün 20 min və 50 min peso nominalında yeni əskinaslar buraxılacaq. Hazırda ən çox yayılmış əskinaslar 500 və 1000 pesodur. Xavyer Miley vurğulayıb ki, yeni əskinasların peyda olması yüksək inflyasiya fonunda qaçılmaz və aşkar addımdır.

Qeyd edək ki, noyabrda Argentinada inflyasiya 12,8% olub, 11 ayda isə inflyasiyanın səviyyəsi 148%-i ötüb. Dekabrda inflyasiyanın 30%-i keçəcəyi gözlənilir, çünki hökumət gələn il və sonrakı illərdə inflyasiya rəqəmlərinə təsir edəcək böhranla mübarizə üçün sərt tədbirlər görüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ən çox oxunanalar