Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İndiki şəraitdə Ermənistan Rusiyadan imtina etməyəcək...

Ermənistanın son zamanlar müşahidə olunan Moskvaya yönəlik reveranslarının səbəbləri...

İlqar Vəlizadə: “Ermənistanın Moskvaya yönəlik reveranslarında Qərb faktorunun olduğuna inanmıram”.

“Digər tərəfdən demək lazımdır ki, Ermənistan hələ də kritik səviyyədə Rusiyadan asılıdır”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın Moskvaya yönəlik reveranslarının səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya ilə münasibətləri kəskin dəyişən Ermənistanın son zamanlar müşahidə olunan Moskvaya yönəlik reveranslarında Qərb faktorunun rolu varmı?

RusiyaErmənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Rusiya həm ixrac bazarı, həm də enerji təchizatçı kimi Ermənistan üçün fövqəladə rol oynayır”.

Ermənistan Rusiyadan imtina etməyəcəyini proqnoz edən politoloq Poliqon-a bildirib ki, bu reveranslar da bununla bağlıdır:

Ermənistanın Moskvaya yönəlik reveranslarında Qərb faktorunun olduğuna inanmıram. Bu faktorda Ermənistanın öz maraqları daha çox ifadə olunub. Ermənistanın maraqları ondan ibarətdir ki, İrəvanda son illərin iqtisadi sıçrayışı Rusiya amili ilə bağlıdır. RusiyaErmənistan arasında ticarət artır.

Eyni zamanda Rusiya əleyhinə sanksiyalardan yan keçməsi prosesi burada əsas rol oynayır. Buna görə də, Ermənistan maraqlıdır ki, həmin bu tendensiya davam etsin. Bunu da Rusiya ilə münasibətlər sıx olanda etmək olar.

Digər tərəfdən demək lazımdır ki, Ermənistan hələ də kritik səviyyədə Rusiyadan asılıdır. Rusiya həm ixrac bazarı, həm də enerji təchizatçı kimi Ermənistan üçün fövqəladə rol oynayır. Buna görə də, indiki şəraitdə Ermənistan Rusiyadan imtina etməyəcək. Bu reveranslar da bununla bağlıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar