Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon Qırmızı dənizdə gəmiləri qorumaq üçün çoxmillətli əməliyyat elan edib

ABŞ müdafiə naziri Lloyd Ostin Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli əməliyyata başladığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir. ABŞ Müdafiə Nazirliyi əməliyyata səbəb kimi, Yəmən husilərinin ticarət gəmilərinə hücumlarını göstərib. Əməliyyata Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, İspaniya və Seyşel adaları daxil olacaq.

“Yəməndən husilərin ehtiyatsız hücumlarının son vaxtlar artması ticarətin azad axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Buna görə də mən bu gün “Prosperity Guardian” (İnkişafın qoruyucusu) əməliyyatının yaradılmasını elan edirəm”, deyə ABŞ müdafiə naziri Lloyd Ostin bəyanatında bildirib.

Pentaqonun rəhbərinin sözlərinə görə, “böyük yeni çoxmillətli təşəbbüs” Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək. Koalisiya “bütün ölkələr üçün naviqasiya azadlığını” təmin etmək və “regional təhlükəsizlik və rifahı” gücləndirmək üçün Qırmızı dənizin cənubunda və Ədən körfəzində təhlükəsizlik məsələlərinə diqqət yetirəcək.

Xatırladaq ki, Yəmən husiləri İsrail və Həmas arasında müharibə başlayandan bəri beynəlxalq sularda gəmilərə hücum edir. Husilər müharibədə Fələstin hərəkatını dəstəkləyib və İsraillə əlaqəli gəmilərə hücum edəcəklərini vəd ediblər. Bunun fonunda bir çox şirkətlər Qırmızı dəniz vasitəsilə yük daşımaqdan imtina ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay