Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Novruzun qızından etiraf: “Atam 100 dolları belə tapa bilmirdi“

Mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist-vizajist Şəfəq Novruz yeni açıqlamaları ilə gündəmə gəlib...

Poliqon Yenisabah.az-a istinadən xəbər verir ki, Sura Hüseynin təqdimatında "YouTube" layihəsinin qonağı olan vizajist çətinliklərlə dolu sənət yolundan danışıb. Ş.Novruz vaxtilə heç kəsin ona dəstək olmadığını açıqlayıb:

"Bəzən məndən soruşurlar ki, bu sənətdə sizə kim dəstək olub? Cavab verirəm ki, nənəmin hinduşkaları. Çünki ilk dəfə Gənclik salonunda çalışmaq üçün məndən pul istəyirdilər, 100 dollar lazım idi, amma mənim atam çox kasıb idi, heç o 100 dolları belə tapa bilmirdi. O vaxt nənəm məni məcbur tez ərə verdiyinə görə günahlarını yumaq istəyirdi. O, aparıb cücələrini, hinduşkalarını satmışdı, pulunu gətirmişdi, bir az da atam kömək etmişdi.

Mən nə qədər pulsuz insana çörək yox, çörək zavodu vermişəm. Həqiqətən, birinə çörək verməklə, çörək zavodu vermək başqa şeydir. Amma mənim özümə o 100 dolları verməsəydim, salonun qapısından giriş belə qəti qadağan idi.

Elə tələbələrim var ki, onları tam təmənnasız götürmüşəm, ürəyimin içini vermişəm, öyrətmişəm, işlə təmin etmişəm və müştəri bazası vermişəm. Biri var pulunu alıb öyrədirsən və deyirsən ki, sağ ol, amma biri də var öyrədirsən, işlə təmin edib, üstəlik, müştəri bazası verirsən".

Ş.Novruz salon sahibi olmağın heç də asan olmadığını etiraf edib:

"Pul insanı çox dəyişən bir şeydir. Məni isə dəyişmədi, elə həmin Şəfəqəm. Vaxtilə işlədiyim salonlarda mənim bu gün davamçılarıma, tələbələrimə, komandama verdiyim dəyərin üçdə biri verilsə idi, vallah, özüm salon açmaq qərarına gəlməzdim. Çünki nəyimə lazımdır? Elə bilirsiniz ki, salon açmaq asandır? Bilirsiniz, mən nə gündəyəm? O vaxt necə baxımlı Şəfəq idim, indi isə həmin baxımdan əsər-əlamət qalmayıb, bütün fikrim-zikrim salonumun gözəl görünməyidir. İndi ancaq salonumun səliqəsi, ustaların problemi, sosialı, qazı, işığı, o usta niyə yağlı başla gəldi, bu xadimə təmiz görünsün dərdi hərəsi bir tərəfdən məni düşündürür.

Tək canım olsaydı, işləyib yarı pulumu alıb gedəcəkdim. Bu gün mən hansısa salonda usta kimi işləyib 50 faiz pulumu alsaydım, elə müdirlə eyni pulu almış olacaqdım. Çünki müdriyyətin çox problemi olur".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar