Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsində kənar faktorlar var?

Bəzi ekspertlər iddia edirlər ki, növbədənkənar prezident seçkilərinin keçirilməsində xarici güclər rol oynayıb...

Millət vəkili: “Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini ilə bağlı hər hansı bir şəkildə spekulyasiyaya yer yoxdur”.

“Keçiriləcək növbədənkənar prezident seçkilərinin xarici faktorlarla heç bir əlaqəsi yoxdur”.

Bu sözləri millət vəkili Fazil Mustafa növbədənkənar prezident seçkiləri ətrafında yayılan iddiaları Poliqon-a şərh edərkən qeyd edib.

Növbədənkənar prezident seçkiləri mövzusu aktual olaraq qalır. Bəzi ekspertlər iddia edirlər ki, xarici güclər bu qərarda rol oynayıb. Radikal müxalifət liderlərinin də eyni fikirdə olduqları aydın görünür. Hakimiyyət təmsilçiləri isə bu tezisi təkzib edirlər və bildirirlər ki, siyasi təcrübədə növbədənkənar seçkilərin keçirilməsi var.

Bəs, növbədənkənar prezident seçkisinin keçirilməsi qərarının verilməsində kənar faktorların təsiri hansısa səviyyədə varmı və hansı faktorlar Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri etdi?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Növbədənkənar prezident seçkilərinin keçirilməsində xarici faktorların olmasının deyilməsi mənasız spekulyasiyalardır”.

Azərbaycan müstəqil ölkə olduğunu və istənilən qərarı da istədiyi şəkildə qəbul etdiyini vurğulayan millət vəkili Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan heç bir ölkənin iradəsinə tabe deyil:

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini ilə bağlı hər hansı bir şəkildə spekulyasiyaya yer yoxdur. Seçkinin keçirilməsində bir arqument odur ki, Azərbaycanın ərazisi bütövləşib, Azərbaycan ərazisində olan bütün vətəndaşlar öz torpaqlarında səs vermək hüququ əldə edirlər. Məsələnin mahiyyəti budur.

Azərbaycan artıq de-fakto ərazilərini də işğaldan azad etdiyinə görə ilk dəfədir olaraq ölkədə hamının iştirak etdiyi prezident seçkiləri keçirilir. Buna görə də keçiriləcək növbədənkənar prezident seçkilərinin xarici faktorlarla heç bir əlaqəsi yoxdur. Azərbaycan müstəqil ölkədir və istənilən qərarı da istədiyi şəkildə qəbul edir. Azərbaycan heç bir ölkənin iradəsinə tabe deyil.

Növbədənkənar prezident seçkilərinin keçirilməsində xarici faktorların olmasının deyilməsi mənasız spekulyasiyalardır. Bir daha qeyd edim ki, ölkəmizdə seçkilərinin keçirilməsində heç bir xarici faktorların rolu yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

İran zərbə aviasiyası döyüş hazırlığına gətirildi

Paris-2024: Futbol matçlarındakı ilk finalçı bəlli olub

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar