Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nümayəndələr Palatası sabah Baydenin impiçment sorğusuna səs verəcək

ABŞ Konqresinin Nümayəndələr Palatası dekabrın 13-də prezident Co Baydenin impiçmentinin araşdırılmasına dair qətnaməyə səsverməyə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Respublika Partiyasının aşağı palatadakı aparatının nümayəndəsi Reuters Agentliyinə məlumat verib. Aparat rəsmisi qanunverici Lisa Makkleynin səsvermənin dekabrın 14-də keçiriləcəyi ilə bağlı iddiasını rədd edib.

Qətnamə prezidentin impiçment prosesi ilə bağlı rəsmi araşdırmaya başlamağı tələb edir. Konqresdə araşdırmanın özü bir neçə aydır ki, davam edir, çünki qanun onun səsvermə olmadan aparılmasına icazə verir. Bununla belə, yeni spiker Mayk Conson hər haqda səsvermə keçirmək qərarına gəlib. İstintaq üçün əsas kimi prezidentin oğlu Hanter Baydenin fəaliyyəti və dövlət başçısının ailəsinin şübhəli əməliyyatları göstərilib. Respublikaçılar hesab edir ki, ailə üzvləri Co Baydenin nüfuzundan biznesdə istifadə edə bilər.

Ağ Ev hesab edir ki, Respublikaçılar Partiyası diqqəti Amerikanın və dünyanın üzləşdiyi problemlərin həllinə, faktlara və ya reallığa deyil, respublikaçılarının öz səlahiyyətlərindən sui-istifadə etmək həyasız istəklərinə əsaslanan axmaq hərəkətlərə yönəltməyə davam edir.

ABŞ adminstrasiyası bütün iddiaları qarayaxma hesab edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar