Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken: Ukraynaya hərbi yardım vəsaitlərinin təxminən 90%-i ABŞ-da qalır

Vaşinqtonun Ukraynaya hərbi yardım üçün ayırdığı vəsaitin təxminən 90%-i ABŞ-ın hərbi sənaye kompleksinə yönəldilib...

Poliqon xəbər verir ki, bunu Dövlət Katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla keçirdiyi mətbuat konfransında bildirib.

“Ukraynanın müdafiəsi üçün qoyduğumuz investisiyalara nəzər salsanız, göstərdiyimiz hərbi yardımın 90%-i əslində burada, ABŞ-da bizim istehsalçılarımızla birgə xərclənib və bu, Amerikada daha çox iş yerlərinin yaradılması ilə nəticələnib”, deyə Blinken deyib.

Dövlət Katibi əmindir ki, Ukraynaya yardımın göstərilməsi ABŞ iqtisadiyyatının inkişafı üçün stimul rolunu oynayıb.

“Bu, hər kəs üçün qazanmaq vəziyyətidir, ona görə də davam etməliyik”, Deyə Entoni Blinken qeyd edib.

Xatırladaq ki, Ukrayna və İsrailə yardımın maliyyələşdirilməsi ABŞ-ın noyabrın 17-də təsdiq edilmiş müvəqqəti büdcəsindən ayrıca nəzərdən keçirilir. Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar ayırmağı təklif edib ki, bunun da 61 milyard dollarından çoxu Kiyevə veriləcək. Meksika ilə sərhəddə immiqrasiya siyasətinin sərtləşdirilməsinə dair düzəlişlərin yardım paketinə daxil edilməsində israr edən Respublikaçılar Partiyasının üzvlərininin mövqeyinə görə vəsaitin köçürülməsi ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar