Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib

Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib...

APA-nin şimal bürosu xəbər verir ki, Qubada restoranlardan birinə polis əməldaşının adından yemək sifariş edilib.

Restorana zəng edən şəxs özünü Quba rayon Polis Şöbəsinin əməkdaşı, "kapitan Rəşad" kimi təqdim edərək bildirib ki, işi olduğu üçün özü gələ bilmir, ona taksi ilə yemək göndərilsin. O, ödənişi taksiyə verəcəyini bildirib. Daha sonra üzərində 200 manatlıq əskinas olduğunu deyərək “xırda pul” da göndərilməsini istəyib.

Restoran əməkdaşı sifarişi deyilən ünvana yola salıb. Özünü "kapitan Rəşad" kimi təqdim edən şəxs bir qədər sonra kuryerə zəng edərək yoldan siqaret almağı da sifariş edib, qalan pulu da "M10" kartına vurmasını xahiş edib.

Kuryer onun xahişini yerinə yetirib, Polis Şöbəsinə çatanda məlum olub ki, orada "kapitan Rəşad" adlı şəxs yoxdur, nömrəsinə isə zəng çatmır.

Bu zaman Polis Şöbəsinə digər bir restoranın kuryeri yemək gətirib və "kapitan Rəşad"ı soruşub. Hər iki şəxsin özünü polis kimi təqdim edən şəxs tərəfindən aldadıldığı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun rəhbəri Xəyal Talıbov APA-ya bildirir ki, fakt araşdırılır: “Bu, Quba rayonunda kibercinayətkarlıq üsulu ilə baş verən ilk hal deyil. İl ərzində Quba rayonunda 27 şəxs kibercinayətkarlıq zəminində dələduzluq şübhəsi ilə saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

AVRO-2024: Niderland - İngiltərə matçı öncəsi dava düşüb

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

NATO Şərqi Avropada logistika mərkəzləri yaratmaq niyyətindədir

Ən çox oxunanalar