Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda süni mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir

Azərbaycanda süni mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir.

"Report"un xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur: "Müasir dünyada hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına).

Şöbə müdiri bildirib ki, daha ciddi problemlər də mövcuddur: "Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır. Nikahın möhkəm, uzunömürlü və daimi olması ilk növbədə ailənin sağlamlığı üzərində qurulmasından keçir. Bu baxımdan biz əsrlərlə mövcud olan ailə dəyərlərini qorumalı, müasir dünyanın tələblərinə görə onu daha da zənginləşdirərək yaşatmalıyıq".

Poliqon.info 


Etiket: Süni mayalanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay