Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ReAl sədri: ABŞ-a qarşı atılan bu addımların təsiri on illərlə davam edəcək...

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov ABŞ-nin Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşünün ləğv edilməsinə münasibət bildirib...

“Bu gün – 26 noyabrda baş verən hadisənin Azərbaycan iqtisadiyyatına mənfi təsiri hələ onillərlə davam edəcək”.

Polqion xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov öz sosial şəbəkə hesabında, ABŞ-nin Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşünün ləğv edilməsinə münasibət bildirərkən yazıb.

“Hökumət ABŞ-də təhsil almış azərbaycanlıları Amerika cəsus şəbəkəsinin hissəsi elan etdi və onların sabahkı məzun toplantısının hüquq-mühafizə orqanları tərəfindən yaxından izlənəcəyini bildirdi.

Siyasəti əməliyyatçılara tapşıranda belə də olmalı idi. Bundan sonra tək ABŞ-də yox, ümumiyyətlə xaricdə təhsil almış xeyli sayda azərbaycanlı əsassız şübhə obyekti olmaq qorxusundan daha geri qayıtmayacaq, burada olanlar isə ölkədən həmişəlik getməyin yollarını axtarmağa başlayacaq. İqtisadiyyata dəyən zərər milyardlarla ölçüləcək.

İqtisadiyyatımızın gələcəyinin onsuz da qaranlıq göründüyü bir vaxtda ona belə bir zərbənin vurulması yolverilməzdir”, - İlqar Məmmədov bildirib.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin təşkil etdiyi bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüş yerli KİV-də “ABŞ-nin Bakıdakı agenturası ilə görüşü” kimi təqdim olunub və sözügedən KİV Azərbaycanın hüquq-mühafizə orqanlarının tədbiri nəzarətə götürüldüyünü iddia edib. Bu gün isə “Məzunların yubiley qalası” adı verilən və sabah – 27 noyabr saat 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməsi nəzərdə tutulan görüşün ləğv olunması ilə bağlı xəbərlər yayılıb.

Polqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ən çox oxunanalar