Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokayev SPECA ilə bağlı xüsusi işçi qrupun yaradılmasını təklif edib - Yenilənib

SPECA-ya bu il Azərbaycanın sədrliyində əldə olunan nəticələr əməkdaşlığımıza daha da təkan verəcək

Poliqon xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

“Mən qlobal iqtisadiyyatın problemlərini nəzərə olaraq bu proqramın icrasının vacibliyini bir daha vurğulayıram. Bu gün Qazaxıstanda büdcənin 80 faizi BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə uyğunlaşır. Ölkəmizdə təhsil və səhiyyə xidmətlərinin əlçatımlılığı təmin edilib. Biz inanırıq ki gələcəyimiz daha inklüziv olacaq cəmiyyətimiz bütün imkanlardan yararlanacaq.

Bizim ölkəmiz qarşılıqlı əməkdaşlığı dəstəkləyir. SPECA ölkələri ilə qarşılıqlı ticarət üç dəfə artıb və 10 milyard dollara çatıb, yaxın gələcəkdə bu rəqəmin daha da artacağına ümid edirik. Biz əmtəələrin mübadiləsini təşkil edə bilərik. Qazaxıstanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 2.3 milyard dollardır. Biz ticarət maneələrini aradan qaldırmalı, inşaat, kimya ərzaq mallarının istehsalı sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz təkliflərə açığıq və inanırıq ki, tərəfdaşlarımızın da əməkdaşlıq üçün potensialı böyükdür. Ağır avadanlıq, su təchizatları, enerji sahəsində əməkdaşlıq imkanları böyükdür. SPECA ilə əməkdaşlıq çərçivəsində

BMT çərçivəsində etimad fondunun yaradılması vacib addımdır. Biz Qazaxıstan olaraq bu fonda öz töhfəsini verməyə hazırıq. SPECA ölkələrinin tranzit imkanları böyükdür. Avropa və Asiya arasında körpü rolunu oynayırıq ki, bu güclü mövqedir. Hesab edirik ki, Transxəzər marşrutları inkişaf etdirilməlidir və bununla da bu marşrut vasitəsilə yüklərin daşınması artacaq. Avropaya çıxışı təmin edən bu marşrutlar üzərində fəaliyyətin artırılmasına biz töhfə verəcəyik. Qazaxıstan son 15 ildə nəqliyyat infrastrukturuna 31 milyard dollar xərcləyib, yaxın illərdə (növbəti 3 ildə)

1300 km uzunluğunda dəmiryolu xəttinin çəkilməsini planlaşdırırıq”.

Qazaxıstan lideri tərəfdaş ölkələri Xəzər dənizindəki limanların potensialını artırmağa da çağırıb.

“Eyni zamanda ətraf mühitin qorunması ortaq məsələlərimizdəndir. Elmi-tədqiqat proqramlarında, sərhədyanı su hövzələrinin qorunması sahəsində əməkdaşlıq intensiv olmalıdır.

Biz Aral dənizinin qorunmasına diqqət ayırmalıyıq. Xəzərin dənizin qorunması da vacib çağırışlardandır. Antropogen çirklənmənin qarşısı alınmalıdır. Xəzərin qorunması uzunmüddətli prioritetimiz olmalıdır. Xəzər dənizi sülh və yeni imkanlar dənizinə çevrilməlidir. Biz SPECA-nın institusional imkanlarını gücləndirməliyik”.

Tokayev SPECA ilə bağlı xüsusi işçi qrupun yaradılmasını təklif edib.

***

Xəzər dənizi sülh və yeni imkanlar dənizinə çevrilməlidir”.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

O, SPECA-nın sammitinə ev sahibliyi etdiyi üçün Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirib.

Tokayev xatırladıb ki, ötən əsrin 90-cı illərin sonunda Qazaxıstan SPECA-nın təşəbbüskarı olub və bu platformanın bu il 25 yaşı qeyd olunur. Qazaxıstan Prezidenti deyib ki, ötən il bu proqramın (SPECA) əsas sahələri müəyyən edilib.

“Biz Azərbaycanın SPECA-nın inkişafına verdiyi töhfəsinə görə, SPECA və Cənubi Qafqaz arasında əməkdaşlığa verdiyi töhfəyə görə təşəkkür edirik”, - o deyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar