Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Azərbaycanla münasibətlərdə təzyiq ritorikası uğurlu ola bilərmi?

Son zamanlar ABŞ Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdədir...

Politoloq: “ABŞ İkinci Qarabağ müharibəsində və son iki ildə Azərbaycana qarşı ədalətli mövqeyindən geri çəkilib”.

“Nikol Paşinyan Ermənistanın mövqeyini gücləndirmək və Rusiyaya yeni cəbhə açmaq üçün ölkəsini Qərbə poliqon olaraq təqdim edib”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar ABŞ Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdədir. Ekspertlərin fikrincə, ABŞ Cənubi Qafqaza müdaxilə etmək niyyətində olduğu üçün bu yola əl atıb. Vaşinqton Ermənistan naminə Qafqazda geosiyasi prosesləri dəyişmək niyyətini nümayiş etdirir. Eyni zamanda ABŞ regionda gərginliyi saxlayaraq sülhə mane olmaq istəyir.

Bəs, ABŞ-ın Mərkəzi Asiyadan Avropaya gedən yollarda xüsusi əhəmiyyəti olan Azərbaycanla münasibətlərdə təzyiq ritorikası uğurlu ola bilərmi?

ABŞ-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “ABŞ Azərbaycanın irəli sürdüyü nəqliyyat təkliflərini qəbul etmir. Ona görə də bu siyasəti davam etdirir”.

ABŞ artıq Ermənistanın gündəliyini sülhün bazası kimi qəbul etdiyini vurğulayan politoloq bildirib ki, sərgilədiyi mövqe ilə Azərbaycanı guya Ermənistana qarşı hərbi təcavüzdən çəkindirir:

ABŞ İkinci Qarabağ müharibəsində və son iki ildə Azərbaycana qarşı ədalətli mövqeyindən geri çəkilib. Azərbaycan ABŞ vasitəçiliyinə etimad edirdi və inanırdı ki, Vaşinqton beynəlxalq hüquq çərçivəsində sülh müqaviləsinin bağlanmasına töhfə verəcək. Hətta Azərbaycanın beş təməl prinsiplərini sülhün əsas bazası kimi də qəbul etmişdi.

Sentyabrdan başlayaraq ABŞ artıq Ermənistanın gündəliyini sülhün bazası kimi qəbul etdi. Azərbaycanın 19 sentyabrda anti-terror tədbirləri və İranla Araz dəhlizini razılaşdırması, müstəqil siyasət ortaya qoyması Qərbi Azərbaycanlıların geri qaytarması barədə siyasəti Vaşinqtonun Yerevanı birgə addım atmasına sövq edib.

Nikol Paşinyan Ermənistanın mövqeyini gücləndirmək və Rusiyaya yeni cəbhə açmaq üçün ölkəsini Qərbə poliqon olaraq təqdim edib. ABŞ məhz Azərbaycanın İranRusiya ilə normal siyasi və Türkiyə ilə koordinasiya şəkilində fəaliyyəti Vaşinqtonu narahat edir. ABŞ indi beynəlxalq hüquqa zidd olan Ermənistanın gündəliyini sülhün əsas bazası kimi qəbul edir. Artıq ABŞ Dağlıq Qarabağın gələcəyinin və münaqişənin həll olunmadığını hesab edir.

Məhəmməd Əsədullazadə: “ABŞ Azərbaycana maksimum təsir etməyə çalışa bilər. Amma, Azərbaycanın geosiyasi mövqeyi və nəqliyyat qovşağı bu təsirləri zəiflədir”.

Təbii ki, bu Azərbaycana təsir vasitəsidir və Azərbaycanı guya Ermənistana qarşı hərbi təcavüzdən çəkindirirlər. ABŞ çalışır ki, Zəngəzur dəhlizi onun nəzarətində olsun. Rusiyaİran burada iştirak etməsin. Halbuki, Azərbaycan ilk əvvəldən Ermənistana dəhlizi açmağa ve ikitərəfli münasibətlərin inkişafına təkan verməyi təklif edib. Amma Ermənistan sülh müqaviləsində maraqlı olmadığı üçün buna getmədi və Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirməklə hərbi təcavüz haqqında planlar qurur. ABŞ Azərbaycana maksimum təsir etməyə çalışa bilər. Amma, Azərbaycanın geosiyasi mövqeyi və nəqliyyat qovşağı bu təsirləri zəiflədir.

Qeyd edim ki, ABŞ Azərbaycanın irəli sürdüyü nəqliyyat təkliflərini qəbul etmir. Ona görə də bu siyasəti davam etdirir. AzərbaycanErmənistan arasında sülh isə mümkün görünmür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay