Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna hücuma qədər Kurskla bağlı planlarını Qərbdən gizlədib

Ukrayna Rusiyanı işğal etmək planlarını qoşunları hücuma keçənə qədər Qərbdən gizli saxlayıb...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi bu barədə Qərb kəşfiyyatındakı mənbəyə istinadən yazıb.

Qeyd edilir ki, Ukraynanın Qərb müttəfiqləri onun Kursk bölgəsinə hücumunun təfərrüatlarını tam sürətlə davam edənə qədər bilməyiblər.

Ukraynalılar avqustun 6-da Rusiyaya qurudan hücuma başlayıblar. Hücum Ukraynanın Qərb tərəfdaşlarına da təsir edən "qatı müharibə dumanı" ilə örtülüb.

Məlumatlar Rusiya rəsmiləri, Rusiya hərbi bloqçuları və sosial media yazıları vasitəsilə daxil olub, onlardan bir neçəsini müstəqil şəkildə yoxlamaq mümkün olub. Ukraynalılar rəsmi olaraq konkret açıqlamalar vermədən fərdi bəyanatlarla çıxış ediblər. Bununla belə, diqqətlə planlaşdırılmış genişmiqyaslı əməliyyatın mənzərəsi ortaya çıxıb.

Planla tanış olan adını açıqlamayan Qərb rəsmisi deyib ki, Ukrayna Kurska zərbə də daxil olmaqla bir neçə ideya üzərində düşünür. Müttəfiqlər basqına artıq hərəkətdə olarkən reaksiya veriblər.

Ağ Evin sözçüsü Karin Jean-Pyer ABŞ-ın Ukraynadan strateji hədəfləri və planları haqqında daha çox məlumat verməsini istəyəcəyini deyib. Belə ki, o zaman Ukrayna məlumatın bir hissəsini artıq ABŞ-a vermişdi.

Prezident Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, onun qoşunları bölgədəki 74 yaşayış məntəqəsinə nəzarət edir, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksadr Sırskı isə Ukraynanın 600 kvadrat kilometrdən çox əraziyə nəzarət etdiyini açıqlayıb.

Bu arada, Rusiyanın Kursk və Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətinin qubernatoru fövqəladə vəziyyət elan edib.

Ukraynanın NATO-dakı müttəfiqləri bu hücuma əsasən susurlar, yalnız Avropa Komissiyası keçən həftə Ukraynanın Rusiya ərazisində fəaliyyət göstərmək üçün qanuni haqqı olduğunu bildirmişdi.

Ukrayna Kurskdakı hərəkətlərini və döyüş meydanında qərarların qəbulunu Qərb sponsorlarından asılı olmayaraq təsvir etməkdə maraqlıdır. Prezident Vladimir Putin isə bazar ertəsi hücumun müaəllifinin Qərb olduğunu iddia edib.

"Düşmən Qərb ağalarının köməyi ilə onların göstərişlərini yerinə yetirir, Qərb isə ukraynalılardan istifadə edərək bizə qarşı müharibə aparır", deyə Putin bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar